İşin təsviri
- Yeni kibertəhlükəsizlik həlləri və funksionallıqları üzrə texniki tələbləri hazırlamaq və onların tətbiqini həyata keçirmək
- Mövcud kibertəhlükəsizlik sistemlərinə dəstək vermək
- Sistem konfiqurasiyalarının təhlükəsiz olmasını təmin etmək (“security hardening”)
- Qəbul edilmiş qaydalara əsasən dəyişiklik, insident və problem tipli tiketlərin qeydiyyatını və icrasını aparmaq
- Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək
- Təhlükəsizlik sistemlərinin fasiləsiz işləməsini təmin etmək
- Kibertəhlükəsizlik insidentlərinə cavab üzrə fəaliyyətlərdə iştirak etmək
- Qəbul edilmiş siyasət, təlimat və standartlara uyğun olaraq sistemlərin administrasiyasını həyata keçirmək (patçların və yeniləmələrin quraşdırılması, monitorinqi etc.)
- Müvafiq hesabatların hazırlanmasını təmin etmək
- Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında daim sistemləri inkişaf etdirmək
- Kibertəhlükəsizlik sistemləri üzrə texniki sənədləşməni aparmaq
Tələblər
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: Kompüter elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: Kibertəhlükəsizlik və ya müvafiq İT sahəsi üzrə 3 il
- Lisenziya / Sertifikat: Kibertəhlükəsizlik və İT sahəsi üzrə sertifikatlar arzuolunandır
- Xarici dillər: İngilis dili (texniki səviyyədə Yaxşı)
- Windows və/və ya Linux ƏS administrasiyası üzrə billik və bacarıqlar
- Şəbəkə protokolları və təhlükəsizlik texnologiyaları haqqında biliklər
- Kibertəklükəsizlik sistemlərinin administrasiyası və istifadəsi üzrə təcrübə (məsələn, PAM, Endpoint Security, Email Security, M365 and Azure AD, DLP, MDM, CSPM və s.)
Başqa tələblər:
- Şifahi və yazılı kommunikasiya bacarıqları
- Analitik və problem həll etmək qabiliyyəti
- Biliklərini komanda yoldaşları ilə bölüşmək
- Proses və prosedurlara əməl etmə
- Stresə davamlı
- Komanda şəklində effektiv işləmə bacarığı