İşin təsviri
- Bankın məhsul və xidmətlərinin ölkədaxili Qanunvericiliyə, Qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi;
- Təchizatçıların yoxlanılması üçün tələb olunan sənədlərin yığılması və işlərin aparılması;
- Komplayens məsələlərlə bağlı təlimlərin keçirilməsi və işçilərin məlumatlandırılması;
- Biznes mərkəzlərindən və əlaqəli digər departamentlərdən / funksiyalardan daxil olmuş Komplayens tələbləri ilə bağlı sorğuların cavablandırılması;
- Bankdaxili strukturların və onların fəaliyyətinin davamlı əsasda komplayens baxımından monitorinqinin aparılması;
- Bankda mövcud proseslərin avtomatisaziyasında regulativ və bankdaxili tələblərə uyğunluğu təmin etmək və pozuntuların aradan qaldırılması ilə bağlı rəy və təkliflər verilməsi;
- Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və Qaydaların idarə edilməsinə dəstək olunması;
- Maraq toqquşması halları üzrə risklərin qiymətləndirilməsi və nəzarətin qurulması;
- Komplayens ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyasının təmin edilməsi;
- Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq, iqtisadiyyat və ya digər uyğun sahədə ali təhsil. (Hüquq sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
- Tələb olunan iş təcrübəsi: minimum 1 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, hüquq, risk və ya audit sahələrində (minimum birində) təcrübənin olması);
- Lisenziya / Sertifikat: Compliance, Hüquq, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
- Xarici dillər: İngilis (səlis), rus (işlək);
- Kompüter bilikləri: Microsoft Office;
- Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli ölkə daxili qanunvericilik üzrə geniş biliklər, Banklarda korporativ idarəetmə Standartları, Mərkəzi Bankın normativ hüquqi aktları və digər aidiyyəti Qanunlar / Qaydalar üzrə biliklər.