Korporativ və Kommersiya satışları üzrə Kiçik müştəri meneceri (Müvəqqəti)

İşin təsviri

İşiniz nədən ibarətdir?

· Müştəri Meneceri ilə birgə potensial müştərilərin müəyyən edilməsi, bankın məhsul və xidmətlərinin (kredit, depozit, valyuta əməliyyatları, rəqəmsal həllər və s.) təqdim olunmasına və satış prosesinə dəstək göstərilməsi;

· Bankın məhsul və xidmətləri, qiymət siyasəti və prosedurları barədə müvafiq biliklərə sahib olmaq və müştərilərə düzgün məlumat vermilməsi;

· Müştəri ödəniş müraciətlərinin və şikayətlərinin qeydiyyata alınması, müvafiq şöbələrlə əlaqələndirilərək icrasına nəzarət;

· Müştərilərin rəsmi məktub müraciətlərinin icrasına nəzarət;

· Müştəri Meneceri əlçatan olmadığı halda, müştəri ilə kommunikasiya və məlumat mübadiləsinin təmin edilməsi, daxil olan sorğuların müvafiq şöbələrə yönəldilməsi;

· Bankın tələb etdiyi sənədlərin müştəridən toplanması, yoxlanılması və qeydiyyata alınması

· Müştəri şikayətlərinin qəbul edilməsi, səbəblərin təhlili və müvafiq şöbəyə ötürülməsi;

· Müştərilərin fərdi hesabat tələblərinin (kredit, çıxarış və s.) hazırlanması və təqdim edilməsi

· Kredit və depozitlərin verilməsi prosesinə nəzarət, əməliyyatların vaxtında və düzgün icrasının təmin edilməsi;

· Kredit təqdim olunması prosesində daxili şöbələrin koordinasiyası və icrasının sürətləndirilməsi;

· Kredit təqdim olunmasından öncə və sonra sənədlərin dolğunluğunun və əlaqəli proseslərin icrasının izlənilməsi;

· Təqdim edilmiş girovların rəsmiləşdirilməsi, yenilənməsi, və silinməsi ilə bağlı daxili proseslərə nəzarət;

· Sığorta portfelinin idarə edilməsi və yenilənməsi ilə bağlı daxili proseslərin icrasına nəzarət;

· Müştəri siyahılarının tərtib edilməsi, müvafiq şöbələrə təqdim edilməsi;

· Daxili şöbələrin sorğularının cavablandırılması;

· Müştəri Meneceri tərəfindən verilmiş tapşırıqların icrası, icra prosesinin izlənilməsi və nəticələr barəsində vaxtında geridönüş edilməsi;

· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

Sizdən nə tələb olunur?

· Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;

· İş təcrübəsi (il və/və ya sahə olaraq): 0-1 il;

· Dil bilikləri: İngilis, Rus;

· Kompüter bilikləri: Microsoft Office;

· Digər Məhsul üzrə biliklər: Bank məhsulları.