İşin təsviri
İşiniz nədən ibarətdir?
Sənədlər ilə iş :
-Müvafiq program təminatında hər növ (daxil olan/ göndərilən məktubla, audit sorğuları, tarif məktubları və .s) sənədlərin qeydiyyata alınması və ehtiyac olduqda filiallara online ve offline göndərilməsi.
-Kağız daşıyıcıda təqdim olunan məktubların gəbul edilməsi, qeydiyyatının aparılması.
-Məktubların ünvana göndərilməsinin təmin edilməsi
-Hər növ arayış, məktubların düzgün işgüzar yazışma qaydalarına uyğun tərtib edilməsi və rəhbərliyə imzalanması üçün təqdim etmək.
-Maliyyə arayışlarının icra olunması, zəruriyyət yarandıqda çap edilməsi və müştəriyə təqdim olunması.
-Rekvizitlərin hazırlanıb təqdim olunması.
- Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatı vasitəsilə əməliyyatların icra edilməsi və icra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğu.
- Müştəri və müştəriyə aid olan bütün məlumatlar və onun maliyyə məsələlərinin məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası
- İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələbləri ilə tanış olaraq üzləşdirilməsi, hər hansı mümkün olan riskli və şübhəli əməliyyatların aşkarlanması və Bankın aidiyyatı struktur bölmələrinə yönəldilməsi
- Bankın öz müştərilərinə göstərdiyi xidmətlər üzrə bütün sənədləşmə işlərinin və hesabatların təmib edilməsi
- Fəaliyyətin Bank Xidmət Standartlarına, Xidmət Keyfiyyətinə və Komplayns normalarına uyğunlaşdırılması
- Bankın məhsulları və xidmətləri haqqında məlumata və anlayışa malik olması, vaxtı vaxtında bu cür biliklərin yenilənməsi
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
- Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (yüksək), Azərbaycan dili (yüksək səviyyədə)
- Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
- Başqa tələblər: Hesabat hazırlama bacarığı, ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.