Kredit Risklərinin İdarə Edilməsi Ehtiyatlanma üzrə Baş mütəxəssis (IT Biznes analitik)

İşin təsviri

Təsvir

· Bankın aktiv metodologiyalarının, proses və siyasətlərinin nəzərdən keçirilməsi və lazımi təkliflərin verilməsi;

· Maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes tələblərini toplamaq və sənədləşdirilməsi;

· Dəyişiklik sorğularının (CAB) analizinin aparılması və qiymətləndirmənin edilməsi;

· İştirakçısı olduğu layihələr üzrə texniki həllərin tətbiq olunması üçün tərəflərlə müvafiq kommunikasiyaların aparılması, tətbiq olunmasına nəzarət, test olunması və sənədləşdirilməsi;

· Bankın müxtəlif strukturları ilə birlikdə həyata keçirilən layihələrin müvafiq mərhələlərinin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsi;

· Bankın kredit risklərinin idarə edilməsi siyasətinə uyğun olaraq aktiv və planlaşdırılan layihələrin kredit riskləri tərəfindən qiymətləndirilməsi;

· Sağlam tənzimləyici mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və təkliflərin verilməsi;

· Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların yetişdirilməsi;

· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

· Təhsil: İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;

· İş təcrübəsi: IT Biznes analitika və bankçılıq sahəsində minimum 3 il təcrübə;

· Lisenziya/ Sertifikat: SQL arzuolunandır;

· Xarici dil: İngilis dili (səlis), rus ili (arzuolunandır);

· Kompüter bilikləri: Microsoft Office;

· Python və SQL (Arzuolunan);

· Məhsul üzrə biliklər: SQL, verilənlər strukturu və alqoritm biliyi, BPMN və UML modelləşdirmə dil biliyi, Microsoft Office (Excel, MC Visio) , Web servislər (XML, SOAP, REST);

· Başqa tələblər: Yaxşı idarəçilik, ünsiyyət və hesabat biliyi.