Kreditlərə Nəzarət Departamentinin KOS Kredit Monitorinqi və Nəzarət şöbəsinin Eksperti

İşin təsviri

Təsvir

· Ənənəvi KOS portfelinin keyfiyyətin və kəmiyyətinə nail olmaq;

· Kredit təyinatının Ənənəvi KOS müştərisi tərəfindən məqsədyönlü istifadəsini yoxlamaq;

· Monitorinqin satışa təsirini artırmaq (vaxtında müştəri haqqında tam məlumat vermək);

· Ənənəvi KOS riskli müştəriləri üçün müxtəlif tədbirlər planlarını artırmaq;

· Müştərilərin kredit ödənişləri, gecikmələri və ödəmə planı haqqında məlumatları toplamaq;

· Müştəri tərəfindən kredit verilməmişdən əvvəl razılaşdırılmış biznes və maliyyə şərtlərinin yerinə yetirilməsinə nail olmaq;

· Riskli müştərilərin vaxtında izlənmə siyahısına daxil edilməsinə, müştərilərin baş vermiş riski azaldılmasına qarşı atdığı addımları izləmək;

· Risk məsələləri ilə bağlı digər komandalara dəstək vermək;

· Bankın risk siyasətinə uyğun olaraq yeni prosedurları hazırlamaq;

· Əsas makro və sənaye amillərinin Kredit portfelinə təsirini araşdırıb, müəyyənləşdirib və kredit risklərini minimuma endirmək üçün tədbirlər görmək;

· KOS təchizatçıların KİB – ə təsirlərini təhlil etmək;

· KOS müştərisinin riskli zonada olduğu halında işçi qrupuna (risklərin azaldılması tədbirlərindən məsul olan) rəhbərlik edərək idarə etmək;

· Monitorinq zamanı beynəlxalq (PD) və daxili (MB tələbləri) reytinq hesablanmasına nəzarət etmək.

Tələblər

· Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;

· Tələb olunan iş təcrübəsi: 3-5 il;

· Lisenziya / Sertifikat: ACCA, CFA, CRM, Maliyyə modelləri üzrə sertifikatlar.

· Xarici dillər: İngilis və rus dili biliyi;

· Kompüter bilikləri: MS Office;

· Məhsul üzrə biliklər: Bank məhsulları;

· Bazar üzrə biliklər: Tələb olunur’

· Başqa tələblər: Maliyyə hesabatı anlayışı, Güclü ünsiyyət bacarıqları, Sənaye üzrə bizneslərin analizi, Xarici risk faktorlarını və dinamikasını kredit portfelinə tətbiq etmək bacarığı.