Kreditlərə Nəzarət departamentinin KOS Kredit Monitorinqi və Nəzarət şöbəsinin Mütəxəssisi

İşin təsviri

– Təhkim olunduğu Ənənəvi KOS müştərilərin keyfiyyətinə və kəmiyyətinə nail olmaq;

– Kredit təyinatının Ənənəvi KOS müştərisi tərəfindən məqsədyönlü istifadəsini yoxlamaq;

– Monitorinqin satışa təsirini artırmaq. (vaxtında müştəri haqqında tam məlumat vermək);

– Ənənəvi KOS riskli müştəriləri üçün müxtəlif fəaliyyət planlarını artırmaq.

– Müştərilərin kredit ödənişlərinə, gecikmələrinə və ödəmə planı haqqında məlumatları toplamaq;

– Müştəri tərəfindən kredit verilməmişdən əvvəl razılaşdırılmış biznes və maliyyə şərtlərinin yerinə yetirilməsinə nail olmaq;

– Riskli müştərilərin vaxtında baxış siyahısına daxil edilməsinə, azaldılması planlarının yerinə yetirilməsinə və müştəri davranışlarını izləmək;

– Risk məsələləri ilə bağlı digər komandalara dəstək vermək;

– Bankın risk siyasətinə uyğun olaraq kredit izləmə prosedurlarını hazırlamaq;

– Əsas makro və sənaye amillərinin Kredit portfelinə təsirini araşdırıb, müəyyənləşdirib və kredit risklərini minimuma endirmək üçün tədbirlər görmək;

– Monitorinq zamanı beynəlxalq (PD) və daxili (MB tələbləri) reytinq hesablanmasına nəzarət.

Tələblər

• Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil

• Tələb olunan iş təcrübəsi: 1-2 il

• Lisenziya / Sertifikat: in ACCA Papers, CRM, Maliyyə modelləri üzrə sertifikatlar.

• Xarici dillər: İngilis

• Kompüter bilikləri: MS Office və s.

• Məhsul üzrə biliklər: Bank məhsulları.

• Bazar üzrə biliklər: Tələb olunur.

• Başqa tələblər: Maliyyə hesabatı anlayışı, Güclü ünsiyyət bacarıqları, Yenilikçi düşüncə və özünü inkişaf etdirməyi təşviq etmək, Sənaye üzrə bizneslərin analizi, Xarici risk faktorlarını və dinamikasını kredit portfelinə tətbiq etmək bacarığı.