Kreditlərin bərpası departamentinin Rəqəmsal hard collection qrupunun Kiçik mütəxəssisi

İşin təsviri

Təsvir

– Problemli kreditlərlə iş üzrə hazırlanmış metodologiya və prosedurlara əsasən işin icrası;

– Sonrakı bərpa proseslərinin həyata keçirilməsi (Rəqəmsal KOS və Fərdi Bankçılıq);

– Problemli kreditlərin idarə olunması və effektiv həll yollarının tətbiqi;

– Kreditlərin restrukturizasiyası və bərpası;

– Ödənişi gecikdirilmiş kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak;

– Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması və gecikmə səbəblərinin müəyyənləşdirilməsi (bank daxili görüşlər, biznes və ev ünvanlarına baxışlar, telefon zəngləri, mesajlar və s. vasitəsilə);

– Müştərilərin davranışlarına nəzarət və onların təhlili;

– Problemli kreditlərin bərpası məqsədilə rəsmi bildirişlərin göndərilməsi;

– Problemli kreditlərin bərpası prosesində restrukturizasiya planlarının hazırlanması və tətbiqi;

– Problemli kreditlərin bərpası məqsədilə rəsmi bildirişlərin göndərilməsi üçün proseslərin başladılması;

– Məhkəmədən kənar təminatların satışının icrası;

– İcraatın hüquqi mərhələyə keçməsi halında mütəmadi olaraq statuslar barədə məlumatın əldə olunması;

– Məhkəmədən kənar təminatların (aktivlərin) satışının icrası;

– Mövcud qaydalar və prosedurlar çərçivəsində işin aparılması və konfidensiallığın qorunması;

– Daxili normativ sənədlərlə tanışlıq və onların tələblərinə riayət olunması;

– Komanda ilə effektiv əməkdaşlıq və müştəri yönümlü yanaşmanın təmin olunması;

– İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və bərpa strategiyasının müzakirəsi;

– Şöbənin fəaliyyətinin nəticələri barədə səlahiyyətli şəxslərə hesabat vermək (yığımla bağlı hesabat və s.);

– Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi.

Tələblər

– Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;

– İş təcrübəsi: Kreditlərin bərpası, kredit (satış), risk, kredit monitorinqi, kredit anderaytinqi üzrə minimum 1il arzu olunandır;

– Xarici dil: İngilis dili (B2 səviyyə) və ya Rus dili (B2 səviyyə);

– Kompüter bilikləri: Microsoft Office proqramları üzrə biliklər;

– Başqa tələblər: Güclü ünsiyyət qabiliyyəti və münaqişələrin həlli bacarıqları.

– Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.