İşin təsviri
· Biznes ehtiyaclarını və hədəflərini müəyyənləşdirmək və sənədləşdirmək;
· Biznes tələblərini texniki spesifikasiyalara çevirmək;
· İT komandaları ilə əməkdaşlıq edərək texnoloji həllər dizayn etmək və həyata keçirmək;
· Məhsuldarlığı optimallaşdırmaq üçün test etmək, problemləri həll etmək və debugging aparmaq;
· Biznes proseslərini və sistem iş axınlarını yaxşılaşdırmaq üçün imkanları müəyyənləşdirmək;
· Müxtəlif layihələr, proseslər və əməliyyatlar haqqında sənədləri saxlamaq;
· Layihə menecerləri və funksiyalararası komandalar ilə əməkdaşlıq etmək;
· UAT meyarlarını formalaşdırmaq və biznes qrupuna rəsmi test qəbul formasını təqdim etmək;
· Qərar qəbul etmə proseslərini dəstəkləmək üçün bazar araşdırması, məlumat analizi və mümkünlük tədqiqatlarını aparmaq.
Tələblər
· Təhsil: Ali təhsil (bakalavr dərəcəsi);
· Tələb olunan iş təcrübəsi: minimum 2-3 il (kredit məhsulları və digər müvafiq məhsulları üzrə təcrübə arzuolunandır)
· Xarici dillər: İngilis dili biliyi;
· Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;
· Digər: Analitik düşünmə bacarığı, proyektləri idarə etmə bacarığı, Güclü ünsiyyət və danışıq bacarığı, Komanda işi bacarığı.