Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması;
Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması
Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması;
Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi;
Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası;
İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi;
Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi;
Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi;
Sənədləşmənin dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq;
Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.
Tələblər
Təhsil: Ali təhsil;
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il;
Xarici dillər: İngilis dili, Rus dili;
Kompüter bilikləri: Microsoft Office;
Məhsul üzrə biliklər: ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.