İşin təsviri
Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks Biznes/İT təşəbbüsləri portfelinin idarə edilməsi;
· Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
· Təşəbbüslərin strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onu birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi;
· Təşəbbüslərin icrasının və qrup fəaliyyətinin izlənməsi və qiymətləndirilməsi;
· Təşəbbüslərin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatın verilməsi;
· Təşəbbüs müddətində işin sahiblənilməsi: layihənin uğurla həyata keçirilməsinə başlanma vaxtından bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilməsi;
· Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə;
· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
· Təhsil: Texnologiya, Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi);
· Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 1 il;
· Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı arzuolunandır;
· Xarici dillər: İngilis (səlis), Rus;
· Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira);
· Məhsul üzrə biliklər: biznes texnologiyalarında təcrübə və maraq;
· Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru;
· Başqa tələblər: Proqram təminatı yazılma proseslərinin biliyi, İT arxitekturası və infrastrukturu barədə biliklər. Şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı. Güclü ünsiyyət bacarığı (yazılı və şifahi).