İşin təsviri
- Bankın illik və yarim illik hesabatın hazırlanmasında mühasibatlıq uçotunun aparılmasının koordinasiyası (MHBS-ə uyğun olaraq);
- Maliyyə Uçotu Siyasətinin MUBS əsasında işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
- Müvafiq hesabatların (disclosurelar) dəqiq və vaxtında təqdim etmək;
- Maliyyə Uçotu Siyasətinin MUBS əsasında hazırlanmış Maliyyə hesabatlarını hazırlanmasında iştirak etmək (MHBS Fərdi və konsolidasiya hesabatı);
- Xarici auditorların illik və yarım illik MHBS hesabatının yoxlamasında dəstək etmək;
- Xarici auditorlarla daimi kommunikasiya qurmaq;
- Bankın törəmə bankları ilə MHBS-in tərtibi üzrə daimi kommunikasiya qurmaq;
- Xarici auditorlarla yoxlama zamanı bütün hesablama və ilkin mənbə məlumatlarını təqdim etmək;
- Korporativ mərkəzlə konsolidasiya hesabatı tərtib etmə zamanı korporativ mərkəzin sorğularının cavablandırılması və sorğulanan məlumatları və hesablamaları etmək və göndərmək;
- MHBS hesabatının avtomatlaşdırılmasında iştirak və biznes tələblərini formalaşdırmaq;
- MHBS hesabatının tərtibi üzrə iş planını hazırlamaq və icra etmək;
- MHBS hesabatı tərtib edərkən hesabatlara dair qeydlər(disclosure notes) üzrə təhlillərini hazırlamaq və fərqləri araşdırmaq;
- Maliyyə dövrünün bağlanması vaxtını azaltmaq üçün əməliyyatların təkmilləşdirilməsini təmin etmək və müvafiq təkliflər vermək (icrası);
- Mühasibat, maliyyə məsələləri, MUBS üzrə metodik dəstək, biznes vahidlərinə müvafiq məsləhətlər vermək;
- MHBS-ə uyğun uçotu qaydalarını araşdırmaq və bankın uçot siyasətinə dair tövsiyələr hazırlamaq.
Tələblər
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 2-3 il
- Lisenziya / Sertifikat or exams : ACCA /Dip İFRS/ CIMA
- Xarici dillər: İngilis(mütləq),Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər
- Bazar üzrə biliklər: Maliyyə, iqtisadiyyat üzrə biliklər