Vergi qanunvericiliyinə və bankın daxili siyasətlərinə uyğun olaraq vergi uçotunu və hesabatlarını aparmaq.
Vergi hesabatlarının hazırlanması və vaxtında müvafiq orqanlara təqdim olunmasını təmin etmək.
Vergi orqanları, auditorlar və digər müvafiq təşkilatlarla əlaqələri idarə etmək.
Mühasibatlıq və vergi ilə bağlı biznes bölmələrinə məsləhət və metodik dəstək göstərmək.
Vergi risklərini vaxtında müəyyən etmək, risklərin azaldılması üçün tədbirlər görmək.
Vergi üzrə audit yoxlamalarında iştirak etmək və müvafiq məlumatları təqdim etmək.
Maliyyə dövrünün bağlanması prosesində iştirak etmək, proseslərin optimallaşdırılmasına töhfə vermək.
Əl işlərinin avtomatlaşdırılması və ERP sistemlərinin vergi modullarının tətbiqində iştirak etmək.
Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və bankın müvafiq bölmələrini vaxtında məlumatlandırmaq.
Vergi planlaşdırması üzrə strategiyaların hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək.
Daxili audit komandası ilə əməkdaşlıq edərək, vergi ilə bağlı daxili nəzarətlərin gücləndirilməsini təmin etmək.
Vergi məcəlləsinin tələblərinə uyğun olaraq transfer qiymətləndirmələri üzrə dəstək göstərmək.
Vergi öhdəliklərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.
Xarici və yerli vergi məsləhətçiləri ilə əlaqələri idarə etmək və onların tövsiyələrini qiymətləndirmək.
Vergi ödənişlərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək.
Vergi mübahisələri və ya iddialarla bağlı məsələlərdə hüquq şöbəsi ilə birlikdə iş aparmaq.
Vergi ilə bağlı təlimlərin təşkili və işçilərin maarifləndirilməsi prosesində iştirak etmək.
Daxili müştərilərlə əlaqələrin qurulması.
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barədə dərhal birbaşa rəhbərə məlumat vermək.
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənmənin qarşısını alan qaydada işləmək.
Tələblər
Təhsil: İqtisadiyyat, Mühasibatlıq, Hüquq və ya əlaqəli sahələr üzrə ali təhsil
Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il