Marketinq İnkişafı İstiqamətinin Baş Mütəxəssisi

İşin təsviri

·       Biznes məqsədlərinə uyğun olaraq hər bir biznes istiqaməti üzrə marketinq və inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi

·       Kampaniyaların yaradılması, hesabatların hazırlanması və kampaniyanın effektivliyini ölçmək üçün rəqəmsal komanda ilə iş birliyi

·       Məhsulun inkişafı üçün bizneslə sıx əməkdaşlıq

·       Marketinq strategiyalarını və gələcək təcrübələri davamlı olaraq optimallaşdırmaq üçün kampaniya nəticələrinin təhlili və daxili maraqlı tərəflərə hesabatın verilməsi

·       Məhsulun inkişafını təmin etmək üçün mühəndislər, UX/UI dizaynerləri, CX komandası və digər maraqlı tərəflərlə əməkdaşlıq

·       İstifadəçi bazasının böyüməsini təmin etmək üçün data ilə iş

·       Məhsulun performansını və əsas artım göstəricilərini izləmək üçün analitik alətlər və idarə panellərindən istifadə;

·       Məhsul ilə bağlı qərarlar vermək üçün müştəri sorğularının aparılması (NPS, CSI və digər sorğular)

·       İnkişaf ilə əlaqəli məhsul xüsusiyyətlərinin təkmilləşdirilməsi və prioritetləşdirilməsi üçün məhsul sahiblərinə bazar tendensiyaları haqqında məlumatın verilməsi

·       Seqmentlərin məqsədləri üçün inkişaf proqramı planının yaradılması;

·       İnkişaf imkanlarını müəyyən etmək üçün bazar araşdırmasının, rəqabət və istifadəçi rəyi təhlillərinin aparılması;

·       Məhsulun/seqmentin hər rəqəmsal/ənənəvi kanalda onlayn mövcudluğunu təmin etmək, hər bir məlumatın aktuallığından əmin olmaq;

·       Məhsul dəyişikliklərinin (FAQ, zəng mərkəzi, marketinq qrupu, RM və s.) haqqında bank daxilində (daxili maraqlı tərəflər) kommunikasiya olunması;

·       Xidmətlərin/məhsulların düzgün çatdırılmasını təmin etmək üçün satınalma qrupu ilə sıx əməkdaşlıq

·      Məhsul satışını və məlumatlılığın artırılmasını təşkil etmək üçün CSE komandası ilə əməkdaşlıq

Tələblər

  • Təhsil: Müvafiq ixtisas üzrə Bakalavr və Magistr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: 3-5 il;
  • Lisenziya / Sertifikat: üstünlük hesab edilir;
  • Xarici dillər: İngilis/Rus;
  • Kompüter bilikləri: Microsoft Office, verilənlər bazası və statistik paketlər, SurveyMonkey, Tableau proqramları üzrə yüksək səviyyəli bilik və təcrübə;
  • Bank məhsullarının bazardakı mövqeyi haqqında biliklər;
  • Verilənlər bazası ilə işləmək bacarığı;
  • Riyazi biliklər;
  • SQL, Python, R proqramlaşdırma dilləri üzrə bilik və təcrübə: üstünlük verilir;
  • Mürəkkəb məlumatları istifadəçinin asanlıqla başa düşə bildiyi dərəcəyə qədər sadələşdirmək qabiliyyəti.