İşin təsviri
İşiniz nədən ibarətdir?
· Kreativ və strateji məzmun istehsalı
– Sosial media, reklam kampaniyaları, təqdimatlar, e-mail və veb-sayt üçün brend tonuna uyğun yaradıcı məzmun və konseptlər hazırlamaq;
– Rəqəmsal kanallar üçün “storytelling” əsaslı kampaniya ideyaları və konseptlər irəli sürmək;
– Brendin illik və rüblük kommunikasiya xəttinə uyğun paylaşım təqviminin hazırlanmasında iştirak etmək.
· Kreativ agentliklərlə əməkdaşlıq
– Kreativ, media və PR agentlikləri ilə kampaniya ideyalarının hazırlanması, “brief”lərin ötürülməsi və icra keyfiyyətinə nəzarət proseslərini koordinasiya etmək;
– Agentlik tərəfindən təqdim edilən ssenarilər, sloqanlar, sosial media postları, video konseptlər və reklam mətnlərini nəzərdən keçirmək, brend tonuna və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;
– Hər kampaniya üçün məzmun istiqamətində fikir və istiqamət təklifləri vermək.
· SEO yönümlü məzmun yaradılması
– Veb-sayt, bloq və məhsul səhifələri üçün SEO-optimallaşdırılmış məzmunlar yazmaq və yeniləmək;
– “Keyword” araşdırması aparmaq və nəticələr əsasında məzmun strategiyası formalaşdırmaq;
– Mövcud məzmunların oxunurluq, geri dönüşüm, CTR və s. kimi göstəricilərini izləmək və təkmilləşdirmək.
· Araşdırma və yeniliklərin tətbiqi
– Rəqəmsal marketinq trendləri, məzmun formatları, SEO və AI dəstəkli yazı alətlərini izləmək və tətbiq etmək;
– Rəqiblərin məzmun strategiyalarını analiz etmək və fərqli yanaşmaları təklif etmək;
– Aylıq və rüblük məzmun nəticələrini təhlil etmək və müvafiq hesabatlar hazırlamaq.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Marketinq, kommunikasiya, filologiya sahələrində ali təhsil arzuolunandır;
- Tələb olunan iş təcrübəsi: Marketinq və kommunikasiya sahəsində minimum 3 il;
- Dil bacarıqları: Azərbaycan dili (ana dili), ingilis dili (peşəkar işləmə bacarığı), rus dili (arzuolunandır).