Biznes ehtiyaclarını və hədəflərini müəyyənləşdirmək və sənədləşdirmək;
Biznes tələblərini texniki spesifikasiyalara çevirmək;
Məhsul sahibləri və texniki komanda ilə əməkdaşlıq edərək yeni funksionallıqlar üçün tələbləri müəyyən etmək. Bütün xüsusiyyətlərin müştəri ehtiyacları və iş məqsədləri ilə uyğun olmasını təmin etmək;
Məhsuldarlığı optimallaşdırmaq üçün test etmək, problemləri həll etmək və debugging aparmaq;
Biznes proseslərini və sistem iş axınlarını yaxşılaşdırmaq üçün imkanları müəyyənləşdirmək;
Müxtəlif layihələr, proseslər və əməliyyatlar haqqında sənədləri saxlamaq;
Layihə menecerləri və funksiyalararası komandalar ilə əməkdaşlıq etmək;
UAT meyarlarını formalaşdırmaq və biznes qrupuna rəsmi test qəbul formasını təqdim etmək;
Qərar qəbul etmə proseslərini dəstəkləmək üçün bazar araşdırması, məlumat analizi və mümkünlük tədqiqatlarını aparmaq.
Tələblər
Təhsil: Ali təhsil
Tələb olunan iş təcrübəsi: Bankçılıq və ya maliyyə sektorunda məhsul analizi, biznes analizi və ya oxşar rol üzrə ən azı 1 il təcrübə
Xarici dillər: İngilis
Kompüter bilikləri: Microsoft Office
Digər bacarıqlar: Analitik düşünmə bacarığı, proyektləri idarə etmə bacarığı, Güclü ünsiyyət və danışıq bacarığı, Komanda işi bacarığı