Mühasibatlıq və Vergi üzrə Mütəxəssis (Müvəqqəti)

İşin təsviri

İşiniz nədən ibarətdir?

· Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması (Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq);

· Maliyyə uçotu siyasətinin düzgün həyata keçirilməsi;

· Mühasibat və vergi məsələləri üzrə metodik dəstək, mühasibat qaydalarının araşdırılması, biznes vahidlərinə müvafiq məsləhətlərin verilməsi;

· Maliyyə dövrünün bağlanması vaxtını azaltmaq üçün prosesin təkmilləşdirilməsi və onun icrası;

· Xarici auditorların illik audit və yarım illik İFRS hesabatının yoxlamasında dəstək edilməsi;

· Bankın gəlir və xərclərinin düzgün və vaxtında tanınmasının təmin edilməsi;

· Bütün audit yoxlamalarında iştirak, sorğuların cavablandırılması, tələb olunan məlumatın təqdim edilməsi;

· İnsan səhvini azaltmaq üçün əl işlərinin avtomatlaşdırılması prosesində şöbə rəhbərinin dəstəklənilməsi;

· Daxili müştərilərlə əlaqələrin qurulması;

· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

Sizdən nə tələb olunur?

· Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;

· Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il və yaxud 3-5 il bank təcrübəsi;

· Lisenziya / Sertifikat: ACCA – arzu olunandır;

· Xarici dillər: Rus, İngilis (yaxşı);

· Kompüter bilikləri: MS Office proqramları;

· Məhsul üzrə biliklər: Bank məhsulları;

· Başqa tələblər: Vergi məcəlləsi (təməl biliklər), Mərkəzi Bankın tələbləri (orta səviyyədə).