Özəl bankçılıq üzrə satışlara Qrup Rəhbəri

İşin təsviri

Əsas vəzifə öhdəlikləri

  • Özəl Bankçılıq üzrə Satış komandasının ehtiyaclarının və yeni satış imkanlarının müəyyən edilməsi, mövcud və potensial müştərilərlə əlaqələrin inkişaf etdirilməsinin təmin edilməsi;
  • Müəyyən edilmiş səlahiyyət və limitlər çərçivəsində Satış Şöbəsinin satış fəaliyyəti və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) nəzarət edilməsi;
  • Satış Şöbəsinin əməliyyat bölmələrinin Özəl Bankçılıq BM tərəfindən hazırlanmış metodologiyalara uyğun fəaliyyət göstərməsinə nəzarət edilməsi;
  • Bankın siyasət, qayda, prosedur və standartlarına uyğun olaraq komanda üzvlərinin (RM-lərin) fəaliyyətinin effektivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi;
  • Bankın müəyyən etdiyi xidmət standartlarına riayət olunmasının təmin edilməsi;
  • Zərurət yarandıqda bank məhsulları və xidmətləri üzrə müştərilərə məsləhət və dəstəyin göstərilməsi;
  • Müştərilərlə keçirilən görüşlərin, aparılan müzakirələrin və yazışmaların müvafiq qaydada sənədləşdirilməsinin təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi, əsaslandırılmış müştəri şikayətlərinin operativ araşdırılması və müvafiq tədbirlərin vaxtında görülməsi;
  • Satış komandasına yeni əməkdaşların seçilməsi və işə qəbulu prosesində iştirak edilməsi, yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili;
  • İmza səlahiyyətləri çərçivəsində müvafiq sənədlərin yoxlanılması və imzalanması, ABS sistemində müəyyən edilmiş limitlər daxilində əməliyyatların və dəyişikliklərin təsdiqlənməsi;
  • Bankın digər struktur bölmələri ilə effektiv əməkdaşlığın təmin edilməsi;
  • Strateji əhəmiyyətli əsas müştərilər portfelinin birbaşa idarə edilməsi, mürəkkəb müştəri məsələlərinin həllində müştəri menecerlərinə dəstək göstərilməsi;
  • Satış imkanları portfelinin (sales pipeline) idarə edilməsi, həftəlik satış görüşlərinin təşkili, satış proqnozlarının və müvafiq hesabatların Şöbə rəhbərinə vaxtında təqdim edilməsi;
  • Daxili və xarici audit, eləcə də tənzimləyici orqanlar tərəfindən irəli sürülən tələb və sorğuların vaxtında və müvafiq qaydada icrasının təmin edilməsi;
  • Bütün fəaliyyət və əməliyyatların bankın komplayns tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi;
  • Zərurət yarandıqda səlahiyyətləri çərçivəsində müqavilələrin, gündəlik əməliyyat sənədlərinin, rəsmi yazışmaların və digər müvafiq sənədlərin yoxlanılması və imzalanması;
  • Birbaşa tabeliyində olan əməkdaşların davamlı inkişafının və kouçinqinin təmin edilməsi, onların fəaliyyətinin illik və yarımillik əsasda qiymətləndirilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi.

Tələblər

Tələb olunan bilik, bacarıq və təcrübə

  • Təhsil: İqtisadiyyat, maliyyə, bank işi və ya digər müvafiq sahələr üzrə ali təhsil (bakalavr dərəcəsi);
  • İş təcrübəsi: Bankçılıq, satış və ya digər müvafiq sahələr üzrə minimum 3–5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Kompüter bilikləri: Microsoft Office proqramlarında (Excel, Word) sərbəst işləmək bacarığı;
  • Bank məhsulları və prosedurlar üzrə biliklər: Bankın məhsul və xidmətləri, müvafiq daxili siyasət və prosedurlar, eləcə də bank fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər;
  • Bazar bilikləri: Özəl bankçılıq bazarı və yüksək gəlirli müştərilər seqmenti, rəqib bankların məhsul və xidmət təklifləri, yerli və beynəlxalq kapital bazarları, həmçinin Azərbaycan Mərkəzi Bankının müvafiq tənzimləyici tələbləri barədə biliklər;
  • Liderlik və idarəetmə bacarıqları: Komandanın idarə edilməsi və inkişaf etdirilməsi, əməkdaşların istiqamətləndirilməsi və kouçinqi, effektiv qərarvermə və nəticəyönümlü idarəetmə bacarıqları;
  • Analitik və peşəkar bacarıqlar: Güclü analitik düşünmə, hesabatların hazırlanması, problemlərin həlli, innovativ yanaşma və davamlı inkişaf bacarıqları;
  • Ünsiyyət və müştəri münasibətləri: Güclü kommunikasiya və danışıqlar aparmaq, münaqişələri effektiv idarə etmək, uzunmüddətli müştəri münasibətləri qurmaq və müştəriyönümlü yanaşma bacarıqları;
  • Şəxsi keyfiyyətlər: Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq, nəticəyönümlülük, peşəkar etik prinsiplərə sadiqlik və məxfiliyin qorunmasına həssas yanaşma.