İşin təsviri
- Müştərinin biznesi və fəaliyyət göstərdiyi sənaye / ticarət sahəsində son inkişafı anlayaraq biznes ehtiyaclarının və müvafiq satış imkanlarının müəyyən edilməsi, mövcud və potensial müştəri əlaqələrin inkişaf etdirilməsini;
- Müvafiq limitlər çərçivəsində filialın satışları və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) görə məsuliyyət daşıması;
- Filialda fəaliyyət göstərən əməliyyat bölmələrinin Baş Ofis (BO) tərəfindən hazırlanmış metodologiyalara ciddi riayət etməsinin monitorinqi;
- BO tərəfindən hazırlanmış siyasət, qaydalar, prosedurlar və standartlara uyğun olaraq filial işçilərinin fəaliyyətinin effektivliyinin təkmilləşdirilməsi üçün imkanlar axtarışı;
- Bankın xidmət standartlarına riayət edilməsi;
- Ehtiyac yarandığı təqdirdə bankın məhsul və ya xidmətləri üzrə müştərilərə məsləhət verilməsi;
- Müştərilər ilə görüşlərin, müzakirələrin və ya yazışmaların aparılması zamanı düzgün qeydiyyatın təmin edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və əsaslı müştəri şikayətləri üzrə çevik və müvafiq tədbirlərin vaxtında görülməsi;
- Filial işçilərin işə qəbul edilməsi;
- İmza səlahiyyətində olan sənədlərin yoxlanılması və imzalanması, ABS-də limitlər çərçivəsində əməliyyatların, dəyişikliklərin təsdiqlənməsi;
- ASAN İmza ilə işləmək (Elektron Gömrük Bəyannaməsi haqqında məlumatın əldə edilməsi və ya əlavə edilməsi, səlahiyyətləri çərçivəsində sənədlərin imzalanması).;
- Filialların koordinasiyası funksiyası, habelə bankın digər struktur bölmələri ilə əməkdaşlığın təmin edilməsi;
- Daxili və xarici audit, digər tənzimləyici orqanlar tərəfindən qaldırılmış tələb və sorğuların vaxtında həyata keçirilməsi;
- Bütün fəaliyyət və əməliyyatların bankın komplayns qaydalarına uyğunluğunun təmin edilməsi;
- Filialın görünüşünün Bankın nüfuzuna müsbət təsirinin təmin edilməsi;
- Lazım olduqda BO-dan müvafiq təlimat alaraq öz fəaliyyəti çərçivəsində, müqavilələr, günün sənədləri, göndərilən məktubların və s. sənədlərin yoxlanılması və imzalanması;
- Tabeçiliyində olan işçilərin davamlı olaraq kouçinqi və inkişaf etdirilməsi, illik və yarım-illik qiymətləndirilmənin həyata keçirilməsi.
Tələblər
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: 6+ il;
- Texniki səriştələr: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
- Yumşaq səriştələr: Liderlik bacarıqları, qərarvermə, analitik düşünmə, başqalarını istiqamətləndirmək və idarə etmək, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
- Xarici dillər: Rus dili (orta), İnqilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office