Təşkilati Risklərin İdarə Edilməsi üzrə Kiçik mütəxəssis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

· Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanması;

· Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi (1-ci müdafiə səviyyəsi ilə iş);

· Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin, dəstəklənməsi və onların yerinə yetirilməsi;

· Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsi;

· Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi;

· Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi;

· Təşkilati riski iştahasının və hədlərinin monitorinq edilməsi və müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması;

· Dövri hesabatlığın hazırlanması;

· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

Tələb olunan bilik, bacarıq və təcrübə

· Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;

· İş təcrübəsi: Risk, audit, daxili nəzarət və ya müvafiq sahə üzrə minimum 1 ilə qədər iş təcrübəsi arzu olunandır;

· Lisenziya/ Sertifikat: Risklərin idarə edilməsi üzrə sertifikasiya/təlim proqramlarını bitirənlərə üstünlük verilir;

· Xarici dil: İngilis dili (səlis);

· Kompüter bilikləri: Microsoft Office.