Ticarətin maliyyələşdirilməsi Məhsul üzrə Mütəxəssis

İşin təsviri

Təsvir

· Korporativ müştəriləri Bankın ticarətin maliyyələşdirilməsi məhsulları ilə təmin olunması və korporativ müştərilərin Korporativ Bankçılıq və Kommersiya Bankçılığı seqmentləri üçün bu əməliyyatların strukturlaşdırılması;

· Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışların idarəedilməsi üzrə müştəri menecerləri ilə qarşılıqlı əlaqənin qurulması;

· Bankın müştəriləri üçün sənədli əməliyyatların (akkreditivlər, kredit məktubları və bank zəmanətləri) idarəedilməsi;

· Maliyyə təhlili şöbəsi ilə birlikdə müştərilər üçün ticarətin maliyyələşdirilməsi əməliyyatlarının strukturlaşdırılmasında iştirakın təmin edilməsi;

· Sənədli əməliyyat məhsullarının hazırlanması və satışların dəstəklənməsi;

· Müştəri tərəfindən ticarətin maliyyələşdirilməsi üzrə razılaşmanın tələblərinə komplayens baxımından riayət olunmasına müntəzəm monitorinqin aparılması, müştərinin mövcud öhdəliklərinin vaxtında ödənilməsinin/icrasının təmin və monitorinq edilməsi;

· Ticarət maliyyələşdirilməsi sazişləri üzrə münasib qiymət və razılıq üçün səmərəli yardımın göstərilməsinin, müştərilərin tələbatının müəyyənləşdirilməsinin və ən müasir ticarət maliyyələşdirilməsi məhsulları haqqında məlumatların verilməsinin təmin edilməsi;

· Müştərilərin ticarət maliyyələşdirilməsi üzrə sorğularının araşdırılması;

· Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla səmərəli ünsiyyətin saxlanılması;

· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

· Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə;

· İş təcrübəsi (il və/və ya sahə olaraq): 1-3 il;

· Dil bilikləri: İngilis, Rus;

· Kompüter bilikləri: Microsoft Office;

· Digər Məhsul üzrə biliklər: Bank məhsulları.