Xəzinədarlıq Satışları şöbəsinə Mütəxəssis

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Xarici valyuta, əmtəə, qiymətli metalların satışı ilə bağlı danışıqlar aparmaq və icra etmək;
  • Şöbə rəhbəri ilə birlikdə müştəri görüşlərində iştirak etmək;
  • Yeni müştəriləri aktiv şəkildə cəlb etmək;
  • Lazımi hesabatlara nəzarət və məlumatların düzgünlüyünü təmin etmək;
  • Müştərilərin (daxili və ya xarici) bütün müraciətlərinə dəqiq və zamanında baxmaq;
  • Korporativ/özəl bankçılıq/KOB müştəriləri üçün güzəştli tarifləri müəyyən etmək/təklif etmək və onlarla daim ünsiyyətdə olmaq;
  • Bütün proseslərin və prosedurların ən yaxşı təcrübəyə, bankların davranış kodeksinə və normativ tələblərə uyğun olmasını təmin etmək;
  • Rəhbərliyin tələb etdiyi digər hesabatları hazırlamaq;
  • Bankın valyuta mövqeyinin daxili və normativ qaydalar daxilində idarə etmək;
  • Bank üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və beynəlxalq valyuta bazarı imkanlarını araşdırmaq;
  • Yerli və xarici Maliyyə İnstitutları ilə banknot ticarətini müzakirə etmək və həyata keçirmək.

Tələblər

Tələblər:

  • Təhsil: Maliyyə sahəsi üzrə Bakalavr və ya Magistr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
  • Xarici dil bilikləri: İnglis dili (səlis), Rus dili (üstünlük verilir);
  • Komputer bilikləri: Yüksək səviyyədə MS Excel bilikləri (excel, power point), Bloomberg;
  • Beynəlxalq sertifikatlar: CFA (üstünlük verilir);
  • Valyuta bazarı və Törəmə alətləri, yerli və Beynəlxalq Bazarlar üzrə peşəkar biliklər.