İşin təsviri
“PAŞA Sığorta” ASC namizədləri Hesabatlılıq və analitika şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Əməkdaşlar və satış kanalları üzrə qiymətləndirmə (scoring) modellərinin hazırlanması, icrasına nəzarət və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Risklərin və böyümə imkanlarının təhlili, nəticələrin aidiyyəti maraqlı tərəflərlə müzakirə edilməsi;
- Analitik nəticələrin biznes hədəfləri ilə əlaqələndirilməsi və məlumat əsaslı qərarvermə (data-driven decision making) mədəniyyətinin təşviqi;
- Satış performansının ölçülməsi üzrə çərçivələrin hazırlanması, tətbiqinə nəzarət və davamlı olaraq təkmilləşdirilməsinin təmin edilməsi;
- Biznes qərarlarının və təşəbbüslərinin dəstəklənməsi məqsədilə analitik hesabatların və əsaslandırılmış tövsiyələrin hazırlanması və təqdim edilməsi;
- Hesabatlarda və analizlərdə məlumatların dəqiqliyinin, tamlığının və vaxtında təqdim edilməsinin təmin edilməsi;
- Məhsul, kanal və müştəri seqmentləri üzrə portfelin təhlili, trendlərin müəyyən edilməsi və güclü/zəif tərəflərin qiymətləndirilməsi;
- Çarpaz satış (cross-sell) və əlavə satış (up-sell) imkanlarının təhlili və müvafiq lead-lərin satış komandalarına yönləndirilməsi;
- İllik büdcələşdirmə və hədəf müəyyən etmə proseslərinin dəstəklənməsi, eləcə də satış proqnozlaşdırma modellərinin hazırlanması;
- Hesabatlılıq proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərinin həyata keçirilməsi;
- Satış əməkdaşları, agentlər və brokerlər üzrə mükafat və komissiyaların hesablanmasına və düzgünlüyünə nəzarət;
- Daxili hesabat sistemlərinin inkişaf etdirilməsi və davamlı təkmilləşdirilməsinin təmin edilməsi;
- Şöbə əməkdaşlarının peşəkar inkişafının dəstəklənməsi və fəaliyyətinə rəhbərlik edilməsi;
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
- Biznes, Marketinq, İqtisadiyyat sahəsində ali təhsilə üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan dili üzrə yüksək,Rus və İngilis dillərində yaxşı səviyyədə biliklərin olması;
- Kompyuter bilikləri: Yüksək səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- SQL, Power BI, Python üzrə güclü biliklər;
- Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir;
- Sahə üzrə 2-4 il iş təcrübəsi tələb olunur;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Məlumat bazaları ilə işləmək və məlumatların strukturlaşdırılması;
- Reqressiya və korrelyasiya analizlərinin aparılması;
- Machine Learning-in əsas modellərini praktiki şəkildə tətbiq etmə bacarığı.
Bacarıqlar:
- Ünsiyyət bacarığı;
- Dəqiqlik;
- Təşəbbüskarlıq;
- Vaxt idarəetmə bacarığı;
- Komandada işləmək;
- Öhdəliklərinə məsuliyyətli olmaq;
- İş prosesində yaranan problemlərə çevik reaksiya vermək bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır