Komplayens nəzarət üzrə mütəxəssis/baş mütəxəssis

İşin təsviri

“PAŞA Sığorta” ASC namizədləri Komplayens Departamentinin, Komplayens nəzarət şöbəsinə, Komplayens nəzarət üzrə mütəxəssis/baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və öhdəliklər

  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indikatorları üzrə Şirkətin mövqeyini qiymətləndirmək;
  • İdarə Heyəti tərəfindən təsdiq olunmuş illik plan əsasında müvafiq struktur bölmələr üzrə uyğunluq yoxlamalarını həyata keçirmək, aşkar edilmiş uyğunsuzluqlar və onların aradan qaldıırlması üzrə nəzarətin təşkili;
  • Şirkətin əməliyyatlarında, proseslərində mövcud olan boşluqların müəyyən edilməsi, həmin boşluqlar üzrə risk qiymətləndirməsinin aparılması, onların aradan qaldıırlması üzrə nəzarətin təşkili;
  • Komplayens risk təşkil edən insiditenlər üzrə risk qiymətləndirməsinin aparılması, onların aradan qaldıırlması üzrə nəzarətin təşkili;
  • Risk iştahası bəyannaməsi üzrə Risklərin idarəolunması strukturları ilə birlikdə monitorinqlər aparmaq, uyğunsuzluqlar üzrə nəzarəti təmin etmək;
  • Qanunvericilik pozuntusu ilə əlaqəli Dövlət orqanları və Xidmətin özü tərəfindən aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar müvafiq struktur bölmə tərəfindən görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
  • Şirkətin işçi heyəti tərəfindən dələduzluq, korrupsiya və digər cinayət əməllərinin törədilməsi riskini azaltmaq məqsədilə ” Anti- Korrupsiya ” və “Maraqların toqquşması ” siyasətlərinə uyğun müvafiq tədbirlər görmək;
  • Hədəfli maliyyə sanksiyaları haqqında qanunun tələblərinə uyğun fəaliyyətin Şirkət daxilində tənzimlənməsinə nəzarət etmək;
  • Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasını təmin etmək;
  • Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və Şirkət üzrə tətbiqini təmin etmək

Biliklər

  • Təhsil: Ali-bakalavr, Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Audit, Riyaziyyat ixtisasları üzrə;
  • Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
  • Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.
  • Komplayens, daxili audit və risk sahələri, IFRS standartları üzrə sertifikatın olması üstünlükdür.

Təcrübə

  • Daxili audit, risk, daxili nəzarət və komplayens (AML istisna olmaqla) sahəsində minimum 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.

Bacarıqlar

  • Verilənlərin təhlili;
  • Risk və nəzarət təfəkkürü və təcrübəsi;
  • Kommunikasiya və ünsiyyət bacarıqları;
  • Problemləri həll etmə bacarığı;
  • Etibarlılıq və dürüstlük dəyərləri yüksək olmalıdır;
  • Komanda ilə işləmə təcrübəsi və bacarığı.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.