İşin təsviri
ğorta ASC namizədləri Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis şirkətin maliyyə və sığorta risklərinin effektiv şəkildə müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunmasına cavabdehdir, risklərin idarəolunması üzrə beynəlxalq standartlara uyğun metodologiyaların hazırlanması və tətbiqi, risk göstəricilərinin təhlili və rəhbərliyə strateji tövsiyələrin verilməsi ilə təşkilatın dayanıqlılığının və davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır.
Öhdəliklər
- Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin mütəmadi monitorinqini həyata keçirmək, nəticələri təhlil etmək və risklər üzrə rəy bildirmək
- Reytinq dəyişikliklərinin şirkətin risk profilinə təsirini qiymətləndirmək və rəhbərliyə hesabat təqdim etmək
- Maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübə və tənzimləyici tələblər nəzərə alınmaqla metodoloji sənədlərin uyğunluğunu təmin etmək, metodologiyaların hazırlanması, təkmilləşdirilməsi və yenilənməsi prosesinə rəhbərlik etmək
- Maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsini və qiymətləndirilməsini təşkil etmək
- Stress-test modellərinin hazırlanması, tətbiqi və nəticələrinin dərin təhlilini aparmaq, nəticələrə əsaslanaraq risklərin azaldılması üzrə təkliflər vermək
- Maliyyə riskləri üzrə limitlərin hesablanması və yenilənməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlamaq
- Risk iştahasının strateji hədəflərlə uyğunluğunu qiymətləndirmək və müvafiq təkliflər irəli sürmək
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
- Riyazi, statistik və analitik modellərdən istifadə etməklə maliyyə risklərinin ölçülməsini həyata keçirmək
- Maliyyə riskləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək
- Risk göstəriciləri üzrə analitik icmallar və təqdimatlar hazırlamaq
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Bilik və Bacarıqlar
- MS Office proqramlarında yaxşı istifadə bacarığı
- Maliyyə risklərinin idarə olunması sahəsində biliklər
- Riyazi-statistik metodlar üzrə biliklər
- Maliyyə hesabatları üzrə biliklər
- Modelləşdirmə və iri-həcmli məlumat bazaları ilə işləmək bacarığı
- Təqdimat bacarıqları
- Emosional stabillik və məsuliyyətlilik
- Komandada işləmək və yaxşı ünsiyyət qurmaq bacarığı
- Məntiqi və analitik düşüncə
- Stressə davamlılıq və təşəbbüskarlıq
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
- Ali təhsil (bakalavr) – İqtisadiyyat, Maliyyə, İdarəetmə və ya Riyaziyyat ixtisası üzrə
- Maliyyə və sığorta risklərinin idarə olunması sahəsində 2 il iş təcrübəsi arzuolunandır
- FRM, PRM, CFA sertifikatları üstünlükdür
Bizim Təklifimiz
- Peşəkar və dinamik komandada əməkdaşlıq və qarşılıqlı dəstək mühiti
- Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları
- Şirkətin inkişafında real təsir və dəyər yaratmaq imkanı
- Şəffaflıq və açıq kommunikasiya mədəniyyəti
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.