İşin təsviri
PAŞA Sığorta ASC namizədləri Məhsul Dizayner vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin rəqəmsal kanallarında – mobil tətbiq və veb platformalarda – istifadəçi təcrübəsinin və interfeys dizaynının inkişaf etdirilməsinə yönəlib. Namizəd sığorta məhsullarının və xidmətlərinin istifadəçi mərkəzli, intuitiv və cəlbedici interfeyslərlə təmin olunmasına, biznes məqsədlərinə və müştəri gözləntilərinə uyğun dizayn həllərinin hazırlanmasına, həmçinin məhsul, texnologiya və biznes komandaları ilə sıx əməkdaşlıqda innovativ rəqəmsal həllərin yaradılmasına cavabdeh olacaq.
Öhdəliklər
- PAŞA Sığorta-nın mobil tətbiqi və veb saytında istifadəçi təcrübəsini və interfeysini dizayn etmək və təkmilləşdirmək, naviqasiya, aydınlıq və əlçatanlığı təmin etmək.
- Müştəri səyahətlərini və məhsul tələblərini təhlil edərək sığorta xidmətlərini sadələşdirən effektiv qarşılıqlı əlaqə nümunələri yaratmaq.
- Wireframe, prototip və yüksək dəqiqliyə malik UI dizaynlarını şirkətin Dizayn Sistemi və brend kimliyinə uyğun hazırlamaq.
- Sığorta alışı, idarə edilməsi, müraciət və hesab əməliyyatları kimi əsas istifadəçi axınlarını dizayn etmək.
- Məhsul menecerləri, proqramçılar və biznes tərəfdaşları ilə əməkdaşlıq edərək məhsul tələblərini istifadəçi dostu rəqəmsal təcrübələrə çevirmək.
- İstifadəçi təcrübəsi araşdırmalarında – istifadə rahatlığı testləri, müştəri rəyi təhlili və qarşılıqlı əlaqə yoxlamalarında iştirak etmək.
- Mobil və veb platformalarda ardıcıl təcrübə üçün responsive dizayn prinsiplərini tətbiq etmək.
- Dizayn Sisteminin inkişafına töhfə vermək və rəqəmsal məhsullarda ardıcıllığı təmin etmək.
- Google Analytics, Hotjar, Amplitude və s. kimi analitika və istifadəçi davranışı alətlərindən istifadə edərək istifadə rahatlığı problemlərini və inkişaf imkanlarını müəyyənləşdirmək.
- UX uğurunu çevrilmə dərəcəsi, tapşırıq tamamlanma dərəcəsi, istifadəçi cəlbiyyəti və məmnuniyyəti kimi göstəricilərlə ölçməyə dəstək olmaq.
- Dizayn həllərinin məhsul məqsədləri və müştəri gözləntiləri ilə uyğunluğunu təmin etmək üçün funksional komandalarla işləmək.
- Biznes tələblərini və istifadəçi rəylərini anlayaraq istifadəçi mərkəzli dizaynlar yaratmaq, prototiplər və maketlər hazırlamaq, tələbləri dizayn sistemlərinə və cəlbedici interfeyslərə çevirmək.
- Yeni və mövcud məhsullar üçün istifadəçi interfeysi və təcrübəsini formalaşdırmaq, mövcud məhsul problemlərini araşdırmaq və həll yolları təklif etmək.
- Müştəri araşdırmalarını və istifadəçi ehtiyaclarını toplayıb onları effektiv dizayn həllərinə çevirmək.
Bilik və Bacarıqlar
- UX/UI dizayn sahəsində 2–4 il iş təcrübəsi, xüsusən mobil tətbiq və ya veb əsaslı istehlakçı məhsullarında.
- Mobil UX nümunələri, responsive veb dizayn və müştəri səyahət xəritələrinin hazırlanması üzrə güclü bilik.
- Figma, AdobeXD, PowerPoint/Keynote və ya Adobe Suite kimi alətlərlə istifadəçi axınları, wireframe və yüksək dəqiqliyə malik interfeyslərin dizaynı təcrübəsi.
- Dizayn sistemləri, əlçatanlıq standartları və responsive dizayn prinsipləri barədə bilik.
- İstifadəçi tədqiqatı, istifadə rahatlığı testləri və məhsul analitika alətləri ilə tanışlıq.
- İstifadəçi davranışının təhlili və vizualizasiyaların dizaynında müştəri yönümlülük.
- Komandada və fərqli funksiyalarla birgə işləmə bacarığı, güclü ünsiyyət və əməkdaşlıq bacarıqları.
- İşdə innovasiyaları tətbiq etmək və təşəbbüskarlıq göstərmək bacarığı.
- Stresə davamlılıq və dəyişən mühitə uyğunlaşma.
- Portfolio: Mobil və veb məhsul dizayn layihələrini və dizayn düşüncəsini nümayiş etdirən portfolionun təqdim olunması.
- Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
- Ali təhsil arzuolunandır.
- UX/UI dizayn sahəsində 2–4 il iş təcrübəsi.
Bizim Təklifimiz
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
- Rəqəmsal məhsulların inkişafında və minlərlə istifadəçi üçün təcrübələrin formalaşdırılmasında iştirak.
- Mobil və veb platformalarda yüksək təsirli layihələrdə iştirak imkanı.
- UX/UI Center of Excellence daxilində əməkdaşlıq və davamlı öyrənmə mühiti.
- İstehlakçı məhsul dizaynı və data yönümlü dizayn sahəsində bilik və bacarıqların inkişafı üçün imkanlar.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.