Təhlükəsizlik əməliyyatları analitikası üzrə təcrübəçi

İşin təsviri

Təhlükəsizlik əməliyyatları analitikası üzrə təcrübəçi

Vakansiya haqqında məlumat:

PAŞA Sığorta ASC namizədləri Təhlükəsizlik əməliyyatları analitikası üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu rol, təhlükəsizlik təhdidlərini aşkar etmək və hesabat vermək məqsədilə şirkətin rəqəmsal infrastrukturunun gündəlik monitorinqi və təhlilinə yönəlmişdir. Təcrübəçi, təhlükəsizlik alətlərinin idarə olunması, zəifliklərin skan edilməsi, “log”ların təhlili və istifadəçi girişlərinə nəzarət edilməsindən məsul olacaq, müəyyən edilmiş risklərin vaxtında aradan qaldırılmasını təmin etmək və təşkilatın ümumi təhlükəsizlik vəziyyətini qorumaq üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq edəcəkdir.

Öhdəliklər

  • Şəbəkənin gündəlik monitorinqinin aparılması;
  • İnformasiya Sistemlərində istifadəçi və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi;
  • İnformasiya təhlükəsizliyi alətləri vasitəsilə şəbəkə, kompüter sistemləri və digər rəqəmsal aktivlərdə boşluqların və təhdidlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatların hazırlanması;
  • Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq edilməsi;
  • İnfrastrukturda olan gündəlik aktivliyin monitorinqi və “log”ların analizinin aparılması;
  • Rəqəmsal infrastrukturun müdafiəsi üçün nəzərdə tutulmuş təhlükəsizlik məhsullarının gündəlik monitorinqi, hesabatların hazırlanması və təhlili.

Bilik və Bacarıqlar

  • Windows Server, Windows və Linux əməliyyat sistemləri üzrə başlanğıc biliklər;
  • SIEM və DLP sistemləri haqqında başlanğıc biliklər;
  • Firewall, korporativ antiviruslar, WAF, HIDS/HIP, NIDS/NIPS, NGFW və Vulnerability Management alətləri ilə bağlı biliklər arzuolunandır;
  • Analitik düşünmə bacarığı;
  • Stresə davamlılıq və məsuliyyətlilik;
  • Effektiv ünsiyyət qurma bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis.

Təhsil və Təcrübə

  • Ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə sertifikatların olması arzuolunandır.

Bizim Təklifimiz

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Davamlı öyrənmə və təlim mədəniyyəti;
  • Dəstəkləyici və əməkdaşlığa açıq komanda mühiti;
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

PASHA Insurance OJSC invites candidates to apply for the position of Security Operations Center (SOC) Analyst Intern and become a member of our professional team.

This role is focused on the daily monitoring and analysis of the company’s digital infrastructure to detect and report security threats. The Trainee will be responsible for operating security tools, scanning for vulnerabilities, analyzing logs, and controlling user access, working closely with IT and Information Security teams to ensure the timely mitigation of identified risks and maintain the organization’s overall security posture.

Responsibilities

  • Conducting daily monitoring of the network;
  • Controlling user and administrator access and privileges in Information Systems;
  • Performing scans to detect vulnerabilities and threats in the network, computer systems, and other digital assets using information security tools, and preparing reports;
  • Working closely with IT and Information Security teams to remediate identified vulnerabilities;
  • Monitoring daily infrastructure activity and analyzing logs;
  • Performing daily monitoring, reporting, and analysis of security products designed to protect the digital infrastructure.

Knowledge and Skills

  • Basic knowledge of Windows Server, Windows, and Linux operating systems;
  • Basic knowledge of SIEM and DLP systems;
  • Knowledge of tools such as Firewall, corporate antivirus, WAF, HIDS/HIP, NIDS/NIPS, NGFW, and Vulnerability Management is desirable;
  • Analytical thinking skills;
  • Stress resistance and responsibility;
  • Effective communication skills;
  • Language skills: Azerbaijani, English.

Education and Experience

  • Higher or secondary vocational education;
  • Relevant certifications are desirable.

What we offer

  • Opportunities for professional development and career growth;
  • A culture of continuous learning and training;
  • A supportive and collaborative team environment;
  • Opportunity to work in a “Great Place To Work” certified company.

Only candidates who meet the initial selection criteria will be contacted.

Interested candidates can apply by clicking the link provided in the “Apply” button.