Anderraytinq və qiymətləndirmə departamenti, Qiymətləndirmə və portfel analizi Qiymətləndirmə və portfel analizi şöbəsinin eksperti

İşin təsviri

  • Sığorta məhsulları üzrə tariflərin müəyyən edilməsi, baza tariflərin iqtisadi əsaslandırılması və qiymətqoyma metodologiyasının hazırlanması;
  • Hesablamaların kalkulyatorların hazırlanması və yenilənməsi, həmçinin elektron sistemlərə inteqrasiya prosesində iştirak;
  • Yeni sığorta məhsullarının hazırlanması və mövcud məhsulların təkmilləşdirilməsi prosesində iştirak;
  • Sığorta məhsulları üzrə portfel və zərərlilik analizinin aparılması və təkliflərin verilməsi;
  • Rəhbərliyin tapşırıqlarına uyğun xüsusi aktuari təhlil və hesablamaların aparılması;
  • Digər şöbələrdən daxil olan sorğuların cavablandırılması;
  • Təkrarsığorta üzrə şəxsi tutumun hesablanması və metodologiyanın inkişaf etdirilməsi;
  • Bütün portfel üzrə katastrofik risklər üçün PML hesablamalarının aparılması;
  • Şəhadətnamə formaları və əlaqəli sənədlərin hazırlanması və yenilənməsi;
  • Məhsullar üzrə mükafatlandırma üçün metodologiyanın hazırlanması və adekvatlıq təhlillərinin aparılması;
  • Müqavilələr üzrə hesablamaların monitorinq edilməsi, uyğunsuzluqların təhlili və aradan qaldırılması ilə bağlı tövsiyələrin verilməsi;
  • Açıq risklərlə bağlı tədbirlər planının verilməsi və icrasının təmin edilməsi;
  • Risk iştahası bəyannaməsində nəzərdə tutulan aktuari hesablamaların icrası və monitorinqi;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Qiymətləndirmə və portfel analizi sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Kompüter elmləri, Aktuar elmləri üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
  • Kompüter bilikləri: MS Excel:əla , MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri:Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Üstünlüklər:

  • Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması
  • Aktuar lisenziyasının olması, Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi, SQL, R və Python proqramlaşdırma biliklərin olması, MS Excel-VBA biliklərin olması

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.