İşin təsviri
Biznes proseslərinin idarəedilməsi və optimallaşdırılması mərkəzi, Biznes analitika bölməsi
Vəzifə Öhdəlikləri:
- Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
- Proses dəyişiklikləri ilə bağlı tələblərin əlaqəli tərəflərə anlaşılan formada ötürülməsi;
- Məhsul və şirkət proseslərinin inkişafı üçün innovativ yanaşmaların təklif edilməsi;
- Proseslərin optimallaşdırılması üçün beynəlxalq standartların və rəqəmsal həllərin araşdırılması və tətbiq edilməsi;
- Proseslərin effektivliyinin monitorinq və analiz əsasında ölçülməsi;
- Proseslərin və məlumatların daxili normativ sənədlərdə düzgün əks etdirilməsinin təmin edilməsi;
- Proseslər üzrə blok-sxemlərin hazırlanması və təkmilləşdirilməsi;
- Məhsullar üzrə sənədlərin hazırlanması və məlumatların tamlığının təmin edilməsi;
- Proseslərin inkişafına dair təkliflərin şirkət daxilində paylaşılması və müzakirə edilməsi;
- Test ssenarilərinin yazılması və testlərin həyata keçirilməsi;
- Proseslərdə risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;
- Audit nəticələri və risk insidentləri üzrə problemlərin aradan qaldırılması üçün tədbirlərin görülməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Biznes analitika sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili: İqtisadiyyat, Maliyyə, Menecment, İT və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta , Rus dili:orta
- Üstünlüklər: Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar
- Kompüter bilikləri: MS Office:əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.