İşin təsviri
Data Mərkəzi, Data Elmi və Analitika Bölməsi
Vəzifə öhdəlikləri:
- Müvafiq sığorta məhsulları üzrə data analitikasının aparılması ilə bağlı beynəlxalq praktikanın araşdırılması və təkliflərin verilməsi;
- Cəmiyyətdə əməkdaşların data analiz bacarıqlarının inkişaf etdirilməsi;
- Statistik və machine learning modellərinin qurulması və inkişaf etdirilməsi;
- Fəaliyyət sahəsi üzrə data hesabatlarının və dashboard-ların hazırlanması;
- Məhsul və satış komandalarından (squad-lardan) gələn gündəlik data ehtiyacı ilə bağlı sorğuların icrasının təmin edilməsi;
- Cəmiyyətin müəyyən olunmuş biznes strategiyasına uyğun olaraq Tədbirlər Planının hazırlanması və həyata keçirilməsi;
- Büdcələşdirmə prosesində iştirak edilməsi;
- Əməliyyat planının hazırlanması və icrasına nəzarət edilməsi;
- Fəaliyyət zamanı əməliyyat riski və ya insident aşkar edildikdə, müvafiq daxili normativ sənədlərlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi;
Namizədə olan tələblər:
- İş təcrübəsi: Data sahəsi üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
- Təhsil: İqtisadiyyat, Maliyyə, Menecment, İT, Riyaziyyat, Data Elmləri ixtisasları üzrə bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla;
- Üstünlüklər: Müvafiq sertifikatlara sahib olmaq;
- Kompüter bilikləri: MS Office – əla, MSSQL (T-SQL) – əla;
- Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.