İşin təsviri
- Məlumat idarəçiliyi çərçivələri, siyasət və prosedurları hazırlamaq və tətbiq etmək;
- Məlumat mülkiyyəti, idarəçiliyi və məsuliyyət bölgüsünü müəyyənləşdirmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;
- Sistemlər və proseslər üzrə məlumatların keyfiyyətini və bütövlüyünü izləmək;
- Məlumatların qorunması ilə bağlı qanunvericiliyə və tənzimləmələrə uyğunluğu təmin etmək;
- Məlumat kataloqları, metadatalar reyestrləri və məlumat axını sənədlərini idarə etmək;
- Məlumatların təsnifatı, girişə nəzarət və saxlanma strategiyalarını dəstəkləmək;
- Məlumat idarəçiliyi komitələri və işçi qruplarının fəaliyyətini əlaqələndirmək;
- Məlumat idarəçiliyi üzrə ən yaxşı təcrübələrə dair təlim və məlumatlandırma proqramlarını həyata keçirmək;
- Məlumatlarla bağlı yaranan risk və problemləri müəyyənləşdirmək və aradan qaldırmaq.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Dataların idarəedilməsi sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
- Təhsili: İnformasiya idarəçiliyi, kompüter elmləri, biznes və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: İngilis dili: əla
- Kompüter bilikləri: MS Office:əla , PowerBI:orta , MSSQL(T-SQL):orta , PostgreSQL:orta
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.