İşin təsviri
- Biznes məqsədləri ilə uzlaşdırılmış uzunmüddətli kibertəhlükəsizlik strategiyası, yol xəritəsi və təhlükəsizlik siyasətlərini hazırlamaq və həyata keçirmək;
- Kibertəhlükəsizlik mühəndisliyi, Təhlükəsizlik Əməliyyatları (SOC), GRC (Governance, Risk & Compliance) və Tətbiq Təhlükəsizliyi funksiyalarını əhatə edən çoxşaxəli departamentə rəhbərlik etmək, prosesləri idarə etmək və komandaya mentorluq etmək;
- Təhlükələrin aşkarlanması, hadisələrə cavab verilməsi və s. proseslərin idarə olunmasını effektiv şəkildə təşkil etmək.
- Kibertəhlükəsizlik mühəndisliyi istiqamətinə rəhbərlik edərək davamlı və təhlükəsiz müəssisə memarlığının dizaynı, qurulması və idarə edilməsini təmin etmək.
- GRC çərçivəsində AR Mərkəzi Bank tələbləri, NIST və digər beynəlxalq standartlarla uyğunluğu təmin etmək.
- DevSecOps proqramına rəhbərlik edərək təhlükəsizliyin proqram təminatının inkişaf dövrünün (SDLC) bütün mərhələlərinə inteqrasiyasını təmin etmək.
- Kiber risk vəziyyəti, əsas risk indikatorları (KRI) və kibertəhlükəsizlik proqramının yetkinlik səviyyəsi barədə müvafiq strukturlara davamlı hesabatlar təqdim etmək.
Tələblər:
- İnformasiya təhlükəsizliyi sahəsində ən azı 3 il, rəhbər vəzifədə 5 ilədək iş təcrübəsi
- Kompüter elmləri, informasiya təhlükəsizliyi və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi.
- Azərbaycan dili: əla, Rus dili: yaxşı, İngilis dili: yaxşı
Sertifikatlar (ən azı biri tələb olunur, bir neçə sertifikata üstünlük verilir):
- CISSP — Certified Information Systems Security Professional
- CISM — Certified Information Security Manager
- CRISC — Certified in Risk and Information Systems Control
- CGEIT — Certified in the Governance of Enterprise IT
- ISO 27001 Lead Implementer / Lead Auditor
- COBIT 2019 with NIST Implementation
- CompTIA CASP+
- Offensive Security sertifikatları (OSCP və s.)
- CEH — Certified Ethical Hacker
Peşəkar və Fərdi Kompetensiyalar
Strateji Liderlik
- Müəssisə səviyyəsində kibertəhlükəsizlik strategiyası və yol xəritəsinin hazırlanması və həyata keçirilməsi üzrə təcrübə.
Komanda İdarəçiliyi
- Kibertəhlükəsizlik mühəndisliyi, SOC/IR, GRC və tətbiq təhlükəsizliyi üzrə komandaların idarə edilməsi.
Risklərin İdarə Olunması
- Zəifliklərlə bağlı texniki məlumatların korporativ risk idarəetmə çərçivələrinə inteqrasiyası, risk proqramlarının qurulması və idarə olunması.
İnformasiya Təhlükəsizliyi İdarəçiliyi
- Strategiya, büdcə və resursların idarə edilməsi; təhlükəsizlik tələblərinin biznes məqsədləri ilə uyğunluğunu təmin etmək.
Təhlükəsizlik Maarifləndirilməsi
- Müəssisə üzrə təhlükəsizlik maarifləndirmə proqramlarının qurulması, hədəflənmiş təlimlərin təşkili və phishing simulyasiyaları ilə effektivliyin ölçülməsi.
Sənaye Standartları
- ISO 27001, NIST CSF 2.0, DISA, CIS və digər aparıcı təhlükəsizlik standartları üzrə dərin bilik və praktiki təcrübə.
- Mərkəzi Bankın tələbləri üzrə məlumatlılıq.
Tətbiq Təhlükəsizliyi
- OWASP və digər metodologiyalara əsaslanaraq tətbiqlərin hərtərəfli təhlükəsizlik qiymətləndirilməsi.
Təhlükəsizlik Memarlığı və Mühəndislik
- Müasir, davamlı və təhlükəsiz arxitekturaların layihələndirilməsi və tətbiqi təcrübəsi.
Məlumat Təhlükəsizliyi və DLP
- Məlumat təsnifatı, məlumat axınının qorunması və DLP həllərinin müəssisə miqyasında tətbiqi üzrə bilik və bacarıqlar.
SOC və Hadisələrə Cavab
- Təhlükələrin aşkarlanması, hadisələrə operativ cavab verilməsi və kibermüdafiə əməliyyatlarına rəhbərlik təcrübəsi.
DevSecOps və Konteyner Təhlükəsizliyi
- SAST/DAST avtomatlaşdırılması, CI/CD təhlükəsizliyi, konteyner mühitlərinin qorunması və SDLC proseslərinə təhlükəsizliyin inteqrasiyası.
Zəifliklərin və Penetrasiya Testlərinin İdarə Olunması
- Zəifliklərin aşkarlanması, patch idarəçiliyi və daxili/xarici penetrasiya testlərinin idarə edilməsi.
Endpoint və Server Təhlükəsizliyi
- Windows, Linux (CentOS, RedHat, Kali) və macOS sistemləri üzrə EDR/XDR həllərinin tətbiqi və idarə edilməsi.
Məlumat Bazası Təhlükəsizliyi
- DB firewall, audit, mühitlərin ayrılması, məlumat təsnifatı və maskalama üzrə dərin bilik.
IAM – İdentifikasiya və Girişin İdarəolunması
- Access Matrix, RBAC modelləri və PAM həllərinin qurulması və idarə edilməsi.
Bulud və Mobil Təhlükəsizlik
- Microsoft Azure mühitlərinin qorunması, həmçinin Android/iOS platformalarının MDM və MAM həlləri vasitəsilə təhlükəsizliyinin təmin edilməsi.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.