İşin təsviri
- Sığorta ehtiyatlarının və proqnozlaşdırılan pul axınlarının formaşdırılması üçün metodologiyaları və daxili normativ sənədləri hazırlamaq;
- Sığorta ehtiyatlarının hesablanmasında istifadə olunan məlumatların düzgünlüyünə nəzarət etmək;
- AR Mərkəzi Bankın tələblərinə uyğun uçot jurnalının hazırlanmasını və sığorta ehtiyatlarının hesablanmasını prosesində iştirak etmək və hesabat formalarının hazırlanmasını təmin etmək;
- İFRS 4 standartlarına uyğun daxili normativ sənədlər əsasında sığorta ehtiyatlarını hesablanmasını prosesində iştirak etmək və hesabat formalarının hazırlanmasını təmin etmək;
- İFRS 17 standartlarına uyğun sığorta ehtiyatları (LİC, LRC) , fərziyyələri, sığorta müqavilələri üzrə xidmət marjasının (CSM) formalaşdırılması üçün əhavə vahidlərini (Coverage unit) formalaşdırılması prosesinə nəzarət etmək və hesabat formalarının hazırlanmasını təmin etmək;
- Strategiya, büdcə və büdcəyə dövri nəzarət proseslərində sığorta ehtiyatları və proqnozlaşdırılan pul axınlarını hazırlanmasını təmin etmək;
- Şöbənin əməliyyat planını hazırlanmasında iştirak etmək və planın icra statusuna nəzarət etmək;
- Şöbənin fəaliyyət sahəsinə aid uçot-statistik və hesabat işlərini aparmaq;
- Daxili və xarici istifadəçilərə təqdim etmək üçün Şöbənin fəaliyyətinə aid məlumat və nəzarət xarakterli hesabatlar hazırlamaq;
- Cəmiyyətin İdarə Heyətinin qərarlarının, Baş Maliyyə İnzibatçısının Şöbənin fəaliyyət sahəsinə aid göstəriş və tapşırıqlarını yerinə yetirmək;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək;
- Risk iştahası bəyənnaməsi ilə müəyyən olunmuş limitlərə nəzarət etmək, ehtiyac yaranarsa limitlərin dəyişdirilməsi ilə bağlı təkliflər vermək, limitin pozulması halında yumşaldıcı tədbirlər planı hazırlamaq və vaxtında icra edilməsini təmin etmək;
- İdarə Heyətinin müəyyən etdiyi digər zəruri vəzifə və funksiyaların yerinə yetirilməsini təmin etmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Aktiv və öhdəliklərin idarə edilməsi və ya Ehtiyyatların hesablanması sahəsi üzrə 4 il iş təcrübəsi tələb olunur.
- Təhsili: Riyaziyyat, maliyyə, iqtisadiyyat, üzrə bakalavr dərəcəsi tələb olunur.
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
- Üstünlüklər: Beynəlxalq aktuari sertifikatlatrı olması (SOA) , Aktuari şəhadətnaməsi olması
- Kompüter bilikləri: MS Excel:əla , MSSQL(T-SQL):əla , R Language:orta
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.