İşin təsviri
- Mövcud bank və digər satış kanalları üzrə sığorta məhsullarının satış həcmini artırmaq və illik/aylıq/rüblük planların icrasını təmin etmək.
- Satış proqnozlarını və potensialını dəqiqləşdirmək üçün məlumat toplamaq, nəticələrə əsaslanaraq qərarlar vermək.
- Yeni bank və alternativ satış kanallarını cəlb etmək, potensial imkanları müəyyənləşdirərək əməkdaşlıqlar qurmaq.
- Bankların, alternativ kanalların və müştərilərin ehtiyaclarını anlamaq, həmin ehtiyaclara uyğun məhsul və xidmətlərin hazırlanmasında iştirak etmək və tərəfdaşlara fayda gətirən, hər iki tərəfin qazandığı əməkdaşlıq mühitini yaratmaq.
- Satış proseslərinin səmərəliliyini artırmaq üçün effektivlik meyarları tətbiq etmək, mövcud resurslardan daha düzgün istifadə yollarını tapmaq və davamlı olaraq yeni imkanlar, metodlar və texnologiyalar axtarmaq.
- Müştəri ilə təmas nöqtələrində (filial və s.) satış prosesini izləmək, satışın dayandığı mərhələləri müəyyənləşdirərək aradan qaldırmaq.
- Bank seqmenti üzrə bazarı və rəqib mühitini izləmək, benchmarkları təhlil etmək və rəhbərliyə uyğun təkliflər təqdim etmək.
- Bank və alternativ kanallar üzrə fəaliyyətin monitorinqi üçün data tələblərini müəyyənləşdirmək, analitik komandaların hazırladığı hesabatları izləmək və biznesə təsir edən məsələlərdə vaxtında tədbirlər görmək.
Namizədə olan tələblər:
- Təhsili: Tətbiqi Riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi.
- İş təcrübəsi: Biznes, Maliyyə və Marketinq sahəsində minimum 4–5 il iş təcrübəsi.
- Üstünlük : Bank, sığorta və ya bankassurance sahəsində təcrübə.
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – yaxşı, Rus dili – əla səviyyədə biliklər.
- Kompüter bilikləri: MS Office və Outlook proqramları üzrə yaxşı biliklər.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, Müştəri yönümlülük, İnam yaratma, Komanda işi, Əməkdaşlıq, Keyfiyyət yönümlülük, Məlumat əldəetmə, Problem həlletmə
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.