İşin təsviri
- İnnovativ məhsulyaratma yanaşmaları əsasında bazarın tələbi və müştəri ehtiyaclarını davamlı təhlil etməklə yeni məhsul ideyalarını formalaşdırması;
- Müştəri ehtiyacları və problemlərinin həllinə yönəlik məhsulun dizaynı, hazırlanması, təqdim olunması və müştəri rəyləri əsasında təkmilləşdirməsi;
- Mövcud həyat sığortası məhsullarının dizaynında təkmilləşdirmələr aparmaqla yeni biznes fürsətləri tapması;
- Məhsulların müştərilərə çatdırılması üçün mövcud və alternativ satış kanallarını müəyyən etməsi, ilkin danışıqlar aparması və əməkdaşlığı təmin etməsi;
- Sığorta bazarında yenilikləri, fintech həllərini və know-how-ları izləməsi, təhlil etməsi və işdə effektiv tətbiqi imkanlarını müəyyən etməsi;
- Məhsul və proseslərin ilkin iqtisadi təhlilini aparması və biznes effektini müəyyən etməsi;
- Çalışdığı işçi qrupuna (SQUAD) işlərin siyahısını (backlog), əhəmiyyətini və prioritetlərini doğru şəkildə çatdırması və davamlı yeniləməsi;
- Məhsul və proseslər üzrə ideyaları, tələbləri və proqresi əsas tərəfdaşları ilə razılaşdırmaqla işçi qrupu ilə davamlı paylaşması və keyfiyyətli icrasını təmin etməsi;
Namizədə olan tələblər:
- İş təcrübəsi: Məhsulun inkişafı sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:orta
- Kompüter bilikləri: MS Office:əla
- Üstünlüklər: Məlumatları toplamaq və təhlil etmək, analitik düşünmək bacarığı; Sahibkar düşüncə tərzinə malik olmaq, işgüzarlıq göstərmək və görülən işlərin biznes effektini ölçmək bacarığı; Ünsiyyət qurmaq, inandırmaq, dinləmək və məlumatı düzgün təqdim etmək bacarığı; Proses və qaydaları təhlil edib təkmilləşdirmək bacarığı; İşdə səliqə və dəqiqliyi təmin etmək bacarığı.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.