Satınalma şöbəsinin baş mütəxəssisi

İşin təsviri

  • Sifarişçi tərəfindən daxili ERP sistem üzərində satınalma ilə bağlı daxil olan müraciətlərin təhlil edilməsi və təsdiq olunması;
  • Sifarişin strukturlarla texniki və spesifikasiya məlumatlarının dəqiqləşdirilməsi;
  • Satınalma ilə bağlı tədarükçülərə sorğuların e-mail vasitəsilə (0–5000 AZN) və e-procure platforması üzərindən (5000 AZN-dən yuxarı) göndərilməsi və vaxtında icrasına nəzarət edilməsi;
  • Təchizatçıların araşdırılması zamanı sənədlərinin toplanması (Nizamnamə, Çıxarış, VÖEN, imza səlahiyyətlərini təsdiq edən sənəd, portfolio və digər sənədlər). Yeni təchizatçıların e-procure platformasında qeydiyyatdan keçməsi üçün məlumat məktubunun göndərilməsi;
  • Daxil olan və uyğun seçilən yeni təchizatçıların qiymət təkliflərinin daxili ERP xidmət sifarişi moduluna yüklənməsi (e-mail və e-procure platformasından alınan təkliflər üzrə);
  • Təkliflərin dəyərləndirilməsi prosesinin aparılması;
  • Təchizatçı ilə müqavilənin olub-olmamasının dəqiqləşdirilməsi, müqavilə olmadığı və ya müddəti bitdiyi təqdirdə sənədləşmə işləri ilə bağlı təchizatçıya müraciət edilməsi;
  • Müqavilə, QRP, təhvil-təslim və digər əlavələrin razılaşdırılması, hazırlanması və hüquq departamenti tərəfindən yoxlanılması;
  • Təchizatçı tərəfindən daxil olan və ESD-yə yüklənmiş sənədlərin yoxlanılması, təsdiq edilməsi və prosesin sonadək izlənməsi;
  • Korporativ kart ilə alınacaq sifarişlərin icra edilməsi;
  • Alınmış malların vaxtında anbara təhvil verilməsinə nəzarət edilməsi;
  • Korporativ mobil və ASAN nömrələrin təmin olunması ilə bağlı prosesin aparılması və danışıq xərclərinin daxili ERP sistemə yüklənməsi;
  • Əsas vəsaitlərin və nəqliyyat vasitələrinin satışa çıxarılması ilə bağlı prosedura uyğun prosesin aparılması və icra edilməsi;
  • Satınalma ilə bağlı təchizatçılarla görüşlərin keçirilməsi;
  • Satınalma fəaliyyəti prosesində Qrupun siyasət və prinsiplərinə riayət olunmasının təmin edilməsi;
  • Qrupdaxili satınalma strategiyası və siyasətinin bütün satınalma fəaliyyətində tətbiq edilməsi;
  • Satınalma işinin təkmilləşdirilməsi məqsədilə yeni təkliflərin rəhbərliyə təqdim edilməsi;
  • Fəaliyyət zamanı əməliyyat riski və ya insident aşkar edildikdə, müvafiq daxili normativ sənədlərə uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Satınalma sahəsi üzrə 5 ilədək iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.