İşin təsviri
- Sifarişçi tərəfindən daxili ERP sistem üzərində satınalma ilə bağlı daxil olan müraciətlərin təhlil edilməsi və təsdiq olunması;
- Sifarişin strukturlarla texniki və spesifikasiya məlumatlarının dəqiqləşdirilməsi;
- Satınalma ilə bağlı tədarükçülərə sorğuların e-mail vasitəsilə (0–5000 AZN) və e-procure platforması üzərindən (5000 AZN-dən yuxarı) göndərilməsi və vaxtında icrasına nəzarət edilməsi;
- Təchizatçıların araşdırılması zamanı sənədlərinin toplanması (Nizamnamə, Çıxarış, VÖEN, imza səlahiyyətlərini təsdiq edən sənəd, portfolio və digər sənədlər). Yeni təchizatçıların e-procure platformasında qeydiyyatdan keçməsi üçün məlumat məktubunun göndərilməsi;
- Daxil olan və uyğun seçilən yeni təchizatçıların qiymət təkliflərinin daxili ERP xidmət sifarişi moduluna yüklənməsi (e-mail və e-procure platformasından alınan təkliflər üzrə);
- Təkliflərin dəyərləndirilməsi prosesinin aparılması;
- Təchizatçı ilə müqavilənin olub-olmamasının dəqiqləşdirilməsi, müqavilə olmadığı və ya müddəti bitdiyi təqdirdə sənədləşmə işləri ilə bağlı təchizatçıya müraciət edilməsi;
- Müqavilə, QRP, təhvil-təslim və digər əlavələrin razılaşdırılması, hazırlanması və hüquq departamenti tərəfindən yoxlanılması;
- Təchizatçı tərəfindən daxil olan və ESD-yə yüklənmiş sənədlərin yoxlanılması, təsdiq edilməsi və prosesin sonadək izlənməsi;
- Korporativ kart ilə alınacaq sifarişlərin icra edilməsi;
- Alınmış malların vaxtında anbara təhvil verilməsinə nəzarət edilməsi;
- Korporativ mobil və ASAN nömrələrin təmin olunması ilə bağlı prosesin aparılması və danışıq xərclərinin daxili ERP sistemə yüklənməsi;
- Əsas vəsaitlərin və nəqliyyat vasitələrinin satışa çıxarılması ilə bağlı prosedura uyğun prosesin aparılması və icra edilməsi;
- Satınalma ilə bağlı təchizatçılarla görüşlərin keçirilməsi;
- Satınalma fəaliyyəti prosesində Qrupun siyasət və prinsiplərinə riayət olunmasının təmin edilməsi;
- Qrupdaxili satınalma strategiyası və siyasətinin bütün satınalma fəaliyyətində tətbiq edilməsi;
- Satınalma işinin təkmilləşdirilməsi məqsədilə yeni təkliflərin rəhbərliyə təqdim edilməsi;
- Fəaliyyət zamanı əməliyyat riski və ya insident aşkar edildikdə, müvafiq daxili normativ sənədlərə uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Satınalma sahəsi üzrə 5 ilədək iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
- Kompüter bilikləri: MS Office:əla
- Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.