Strategiya və araşdırmalar şöbəsi – Strategiya və araşdırmalar şöbəsinin eksperti

İşin təsviri

  • Makroiqtisadi göstəricilər haqqında məlumatlar əldə etmək və göstəricilər üzrə dəyişmələrin sığorta bazarı və şirkətin maliyyə göstəricilərinə təsirini araşdırmaq və mümkün maliyyə nəticələri üzrə rüblük hesabatın hazırlanmasını təmin edilməsi;
  • Makroiqtisadi və biznes modellərin hazırlanması;
  • Maliyyə planlama modellərin qurulması;
  • Azərbaycan sığorta bazarı üzrə və qanunvericilikdə baş verən dəyişikliklər haqqında məlumatları əldə etmək və bu dəyişmələrin sığorta bazarı və şirkətin strategiyasına təsirini araşdırmaq və mümkün nəticələr üzrə hesabat hazırlanması;
  • Bütün dəyişikləklərlə bağlı təsirini ölçmək üçün modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
  • Strateji planın tərtib olunması zamanı makroiqtisadi göstəricilərin prognozlaşdırılması;
  • Strateji planın tərtib olunması prosesinin təşkili və prosesin aparılmasında iştirak etmək edilməsi;
  • Strateji və illik ƏFG-lərin təyin olunmasında iştirak edilməsi;
  • Strateji təhlillərin həyata keçirilməsi;
  • Strateji planın icrası zamanı baş verəcək risklərin və imkanların araşdırılması;
  • Strateji planın icrası ilə bağlı hesabatların hazırlanması.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Strategiya və araşdırmalar , maliyyə, biznesin inkişafı sahəsi üzrə 5 il (1-2 il müvafiq vəzifə üzrə iş təcrübəsi daxil olmaqla)
  • Təhsili: Maliyyə, İqtisadiyyat, Biznesin İdarəedilməsi, Riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: İngilis dili:əla , Rus dili:orta , Azərbaycan dili:əla
  • Kompüter bilikləri: MS Office:əla , MS Excel:əla , PowerBI: orta

Üstünlüklər:

  • Makroidisadiyyat üzrə biliklərin olması, modelləşdirmə üzrə yüksək təcrübənin olması (makroiqtisadiyyat və maliyyə planlama modelləri)
  • Maliyyə beynalxalq standartlarının biliklərin olması
  • Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər
  • Təcrübə – iqtisadçı analitik, hesabatlılıq və audit, strateji planlama
  • Sertifikasiyaların olması – ACCA FA/FR, FMVA, DipİFR, CFA 1 arzuolunandır
  • Ali İqtisadi və ya maliyyə təhsili,
  • Rus dili orta və İngilis dillərinin əla səviyyəsi
  • Böyük məlumat bazaları ilə işləmək bacarığı
  • Modeling in Excel

Fərdi keyfiyyət tələbləri:Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.