Baş Sistem Administratoru

İşin təsviri

  • Windows Server (2016/2019/2022) və Linux (RHEL, Rocky Linux, Ubuntu Server) mühitlərinin dizaynı, qurulması və istismarı;
  • Şirkətin IT infrastrukturunun (serverlər, iş stansiyaları, şəbəkə avadanlıqları və proqram təminatı) fasiləsiz və stabil fəaliyyətinin təmin edilməsi;
  • Active Directory DS, DNS, DHCP və Group Policy infrastrukturlarının planlanması və idarə edilməsi;
  • Domain Controller üzərindən istifadəçilərin qeydiyyatı, user identifikasiyası, parol və təhlükəsizlik siyasətlərinin tətbiqi;
  • Linux sistemlərinin Active Directory / LDAP mühitinə inteqrasiyası (SSSD, realmd, Kerberos);
  • Sertifikat və şifrələmə mexanizmlərinin idarə olunması (PKI, TLS, OpenSSL);
  • PowerShell və Bash skriptləri vasitəsilə avtomatlaşdırma, cron və Scheduled Tasks-ların idarə edilməsi;
  • Virtualizasiya mühitlərinin qurulması və idarə olunması (VMware vSphere / ESXi, Hyper-V, KVM);
  • Virtual maşınlar üçün resurs planlaması (CPU, RAM, Storage), High Availability (HA) və Live Migration mexanizmlərinin tətbiqi;
  • Storage sistemləri ilə inteqrasiya (SAN/NAS, iSCSI, NFS, SMB) və disk idarəetməsi (LVM, XFS, EXT4, NTFS, ReFS)
  • Server və iş stansiyalarına proqram təminatlarının quraşdırılması, server sistemlərinin konfiqurasiyası və sazlanması;
  • Backup və Disaster Recovery həllərinin qurulması və idarə edilməsi (Veeam, snapshot-based backup), bərpa proseslərinin test edilməsi və icrası;
  • Monitorinq və loqlama həllərinin tətbiqi və dəstəyi (Zabbix, Prometheus, Grafana, ELK, Windows Event Forwarding);
  • Nəticələrə əsasən infrastrukturun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Windows və Linux firewall konfiqurasiyası (Windows Defender Firewall, firewalld, iptables) və şəbəkə əsaslarının (TCP/IP, DNS, VLAN) tətbiqi;
  • Sistemlərə və məlumatlara icazəsiz girişlərin qarşısının alınması, məlumatların saxlanılması və konfidensiallığının təmin edilməsi;
  • Sistem təhlükəsizliyinin gücləndirilməsi (patch management, OS hardening, SELinux, sudo, RBAC);
  • CIS Benchmarks əsasında Windows və Linux sistemlərdə təhlükəsizlik baseline-larının tətbiqi və compliance yoxlamalarının aparılması;
  • CIS tövsiyələrinə uyğun audit nəticələrinin analizi, risklərin qiymətləndirilməsi və remediation tədbirlərinin icrası
  • Yüksək yüklü və kritik sistemlərdə troubleshooting, root cause analysis və incident management;
  • Change management proseslərinin icrası, rollback planlarının hazırlanması və tətbiqi;
  • Korporativ elektron poçt sisteminin qurulması və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
  • Server və server avadanlıqlarının quraşdırılması, diaqnostikası, nasazlıqların aradan qaldırılması və sistemlərin bərpası;
  • Server və server avadanlıqları üzrə modernizasiya və yenilənmə işlərinin həyata keçirilməsi;
  • Kənar podratçı şirkətlərin (zərurət olduqda) avadanlıq və proqram təminatlarının quraşdırılmasında iştirak və prosesə nəzarət;
  • Nasaz server və server avadanlıqlarının təmiri və yenisi ilə əvəzlənməsi üçün müvafiq aktların hazırlanması;
  • Server diaqramlarının hazırlanması, runbook, SOP və digər texniki sənədlərin hazırlanması və aktual saxlanılması;
  • İnfrastruktur üzrə edilən dəyişikliklərin sənədləşdirilməsi və qeydiyyatının aparılması.

Tələblər

  • Ali texniki təhsil;
  • Müvafiq sahədə minimum 3–4 il iş təcrübəsi;
  • Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Azərbaycan dili biliyi – mükəmməl;
  • İngilis və Rus dili bilikləri – üstünlükdür.