İşin təsviri
PAŞA Property Management şirkəti Elektrik/Mexanik sahəsi üzrə təcrübə proqramını elan edir. Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə, müraciət et!
Proqram çərçivəsində nələr əldə edəcəksən?
- Təcrübəli mentorların dəstəyi;
- Real layihələr üzərində iş;
- Təcrübə proqramını uğurla tamamlayan iştirakçılar şirkətdə aktiv vakansiyalar üzrə dəyərləndirilə bilərlər.
Vəzifə öhdəlikləri:
- Gündəlik texniki baxış və profilaktik işlərdə texniki komandaya dəstək göstərmək;
- Elektrik və mexaniki avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması prosesində iştirak etmək;
- Texniki avadanlıqların istismarı və monitorinqi işlərində iştirak etmək;
- Texniki sənədlərin və hesabatların hazırlanmasına dəstək vermək;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
- Gündəlik avadanlıq yoxlanışlarında texniki heyətə dəstək olmaq;
- Nasazlıqların İntegro sistemi üzərindən qeydə alınmasında dəstək olmaq;
- Profilaktik baxım işlərində dəstək olmaq və iş sahəsində SƏTƏMM qaydalarına riayət etmək;
- Texniki rəhbərin verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər
Proqramda iştirak şərtləri:
- Elektrik mühəndisliyi, elektromexanika və ya əlaqədar ixtisas üzrə ali təhsil (son kurs tələbəsi və ya yeni məzun);
- Elektrik və mexaniki sistemlər üzrə baza biliklərinin olması;
- MS Office proqramlarından istifadə bacarığının olması;
- Azərbaycan dilini sərbəst bilməsi; ingilis dili üzrə baza biliklərinin olması üstünlükdür;
- Öyrənməyə açıq olması, məsuliyyət hissinin və komanda ilə işləmək bacarığının olması;
- Təhlükəsizlik qaydaları haqqında baza biliklərinin olması;
- Texniki işləri düzgün başa düşmə bacarığının olması;
- Fiziki işlərə uyğunlaşma, nizam-intizamlı və stresə davamlı olma bacarığının olması;
- Problemləri həll etmə meylinin olması.