Tədbirlərin təşkili sahəsi üzrə təcrübə proqramı

İşin təsviri

PAŞA Property Management şirkəti Tədbirlərin təşkili sahəsi üzrə təcrübə proqramını elan edir.

Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə müraciət imkanını qaçırma!

· AIREX sərgisinə hazırlıq mərhələsində operativ dəstək olmaq;

· Sərgi iştirakçılarını və qonaqları qarşılamaq;

· Potensial əlaqələrin müəyyən edilməsi, toplanması və sistemli şəkildə qeydiyyatını aparmaq;

· Sənədlərin, siyahıların və materialların hazırlanmasına kömək olmaq;

· Sərgi sonrası hesabat və məlumatların toplanmasına dəstək olmaq.

Tələblər

· Ali təhsil üzrə sonuncu kurs tələbəsi və ya 2024/2025-ci il məzunu (Marketinq, Biznesin idarə edilməsi, Beynəlxalq münasibətlər, Turizm, İctimai əlaqələr və ya oxşar ixtisaslar);

· Komanda ilə işləmə, effektiv ünsiyyət qurma və təqdimat bacarığı;

· Ofis proqramları (MS Word, MS Excel, MS PowerPoint) üzrə biliklər;

· Sosial şəbəkələrdən (Instagram, LinkedIn) istifadə bacarığı üstünlükdür;

· Azərbaycan dili – sərbəst, İngilis və ya Rus dili biliyi üstünlükdür.