İstismar xidmətləri üzrə texnik (Rəngsaz)

İşin təsviri

PAŞA Property Management İstismar xidməti üzrə texnik (Rəngsaz) vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • Müxtəlif tipli yaşayış və kommersiya obyektlərinin daxili və xarici səthlərinin yüksək keyfiyyət standartlarına uyğun rənglənməsinin həyata keçirilməsi;
  • Səthlərin rənglənməyə hazırlanmasının, köhnə rəng qatlarının təmizlənməsinin və qaşınmasının təmin edilməsi;
  • Tələb olunan materialların (rəng, lak, astar və s.) seçilməsinin, hazırlanmasının və qarışdırılmasının həyata keçirilməsi;
  • Müştərilər və ya layihə rəhbərləri ilə rəng seçimi və texniki tələblər üzrə əlaqələndirmənin təmin edilməsi;
  • İşlərin müəyyən edilmiş vaxt qrafikinə və layihə planına uyğun şəkildə icra edilməsinin təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin və görülən işlərin keyfiyyətinin təmin edilməsi məqsədilə keyfiyyətə nəzarət tədbirlərinin həyata keçirilməsi.

Tələblər

  • Rəngsaz vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi;
  • Müxtəlif növ səthlərin hazırlanması və rənglənməsi texnologiyaları üzrə biliklər;
  • Rəngləmə materialları, alətləri və avadanlıqları ilə işləmək bacarığı;
  • Əməyin mühafizəsi, təhlükəsizlik qaydaları və iş təlimatlarının tələblərinə riayət edilməsi bacarığının olması;
  • Effektiv ünsiyyət və müştərilərlə peşəkar əməkdaşlıq bacarıqlarına malik olması.