İşin təsviri
PAŞA Property Management “ Təchizat üzrə aparıcı mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- İllik Satınalma planının yaradılmasında iştirak etmək;
- Bazar və məhsul araşdırması aparmaq və xərcləri təhlil etmək;
- RFQ, RFP və Tender proseslərini təşkil etmək;
- Texniki və kommersiya qiymətləndirmələrinin aparılmasını koordinasiya etmək;
- Qiymət müqayisə cədvəllərini hazırlamaq;
- Satınalma qərarlarının əsaslandırılmasını təmin etmək;
- ERP sistemində Purchase Order (PO) hazırlanmasını və sifarişlərin yerləşdirilməsini təmin etmək;
- Layihə rəhbərləri və daxili sifarişçilərlə məhsul və xidmətlərin səmərəli axını üzrə mütəmadi əlaqənin təmin olunması;
- Keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq;
- Müqavilələrin yaradılması və icrasına nəzarət;
- Qiymət, çatdırılma və uyğunluq əsasında uyğun təchizatçıları qalib olaraq təltif olunması üçün təqdim etmək.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, logistika və ya digər müvafiq sahə üzrə);
- Təchizat, satınalma və ya logistika sahəsində ən azı 3 il iş təcrübəsi;
- Proseslərinin planlaşdırılması və idarə olunması üzrə praktiki təcrübə;
- Azərbaycan dilində səlis, İngilis dili biliyi (yaxşı səviyyədə), Rus dili biliyi üstünlükdür.
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
- Kommersiya təkliflərinin toplanması, müqayisəli təhlili və optimal təklifin seçilməsi üzrə təcrübə;
- ERP/SAP və ya digər satınalma və təchizat sistemləri ilə iş təcrübəsi üstünlükdür.