Təmir-tikinti sahəsi üzrə təcrübə proqramı

İşin təsviri

PAŞA Property Management şirkəti Təmir tikinti sahəsi üzrə təcrübə proqramı elan edir.

Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə müraciət imkanını qaçırma!

· Memarlıq, mexaniki və elektrik üzrə çertyojları toplamaq və sistemə yerləşdirmək;

· Evakuasiya planlarını yenidən nəzərdən keçirmək və hazırlamaq;

· Zərurət olduqda müəyyənləşdirilmiş əmlaklar üzrə tələb olunan mənzil planlarını (layout) hazırlamaq;

· İstiqamət üzrə sənədləşmə işlərini aparmaq və həftəlik hesabat hazırlamaq.

Tələblər

· Ali təhsil üzrə sonuncu kurs tələbəsi və ya 2024/2025-ci il məzunu (Memarlıq ixtisası);

· Memarlıq dizaynının əsasları üzrə biliklər;

· Tikinti normaları/qaydaları (SNiP) və GOST standartları üzrə baza biliklər;

· Çertyojları oxumaq və texniki sənədlərlə işləmək bacarığı;

· Diqqətlilik, dəqiqlik və təşkilatçılıq;

· AutoCAD-də modelləmə və vizuallaşdırma proqramlarında işləmək bacarığı.