Təmizlik xidmətləri üzrə bölmə rəhbəri

28 Sentyabr 2026

İşin təsviri

PAŞA Property Management “Təmizlik xidmətləri üzrə bölmə rəhbəri” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli, işinə məsuliyyətlə yanaşan və komandanı effektiv idarə edə bilən motivasiyalı əməkdaş axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin bütün obyektlərində təmizlik işlərinin şirkət standartları, prosedurları, SLA və keyfiyyət tələblərinə uyğun təşkilinə nəzarət etmək.
  • Üçüncü tərəf təmizlik xidmətlərinin fəaliyyətini idarə etmək, müqavilə, SLA və KPI tələblərinə uyğunluğunu təmin etmək.
  • Təmizlik Menecerləri və Supervisorlarının fəaliyyətini idarə etmək, istiqamətləndirmək və inkişaf etdirmək.
  • Gündəlik, həftəlik, aylıq və dövri təmizlik, o cümlədən dərin təmizlik planlarının hazırlanmasını və icrasını təmin etmək.
  • Ümumi istifadə sahələri, arxa ofis, parkinq, sanitar qovşaqlar və digər ərazilərdə təmizlik standartlarına nəzarət etmək.
  • Fasad təmizliyi və dezinfeksiya/zərərvericilərə qarşı mübarizə işlərini planlaşdırmaq və podratçıların fəaliyyətini koordinasiya etmək.
  • Tullantıların toplanması və utilizasiyası proseslərinə, həmçinin podratçıların fəaliyyətinə nəzarət etmək.
  • Təmizlik materiallarının, kimyəvi vasitələrin və digər istehlak mallarının ehtiyat və sərfiyyatına nəzarət etmək, satınalma ehtiyaclarını vaxtında müəyyənləşdirmək.
  • Təmizlik texnikası və avadanlıqlarının vəziyyətinə nəzarət etmək, texniki xidmət, təmir və yenilənmə ehtiyaclarını müəyyənləşdirmək.
  • Material, kimyəvi vasitə və avadanlıqların sərfiyyatını təhlil etmək və xərclərin optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək.
  • İllik təmizlik OPEX büdcəsinin hazırlanmasında iştirak etmək, aylıq icranı və kənarlaşmaları izləmək.
  • Aylıq təmizlik auditlərini və obyektlər üzrə yoxlamaları təşkil etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək.
  • SLA və KPI nəticələrini, müştəri/icarəçi şikayətlərini və təkrarlanan problemləri təhlil etmək, düzəldici və qabaqlayıcı tədbirləri koordinasiya etmək.
  • Təmizlik üzrə işçi qüvvəsi planlarını, növbə strukturlarını və əməkdaşların obyektlər üzrə bölgüsünü nəzərdən keçirmək.
  • Yeni təmizlik avadanlıqları, kimyəvi vasitələr və texnologiyaların qiymətləndirilməsində və sınaq tətbiqlərində iştirak etmək.
  • Kimyəvi vasitələrin saxlanılması və istifadəsinin HSE tələblərinə uyğunluğunu, müvafiq MSDS sənədlərinin mövcudluğunu təmin etmək.
  • Təmizlik heyətinin təlim ehtiyaclarını müəyyənləşdirmək və müvafiq təlimlərin keçirilməsini koordinasiya etmək.
  • Aylıq təmizlik üzrə performans hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Yeni layihələrin təhvil-təslim və fəaliyyətə başlaması prosesində təmizlik üzrə xidmət həcmi, işçi sayı, avadanlıq və material tələblərini müəyyənləşdirmək.
  • Təmizlik üzrə tender proseslərində texniki tələblərin, SLA/KPI göstəricilərinin və işçi-avadanlıq tələblərinin hazırlanmasında iştirak etmək.
  • Təmizlik məsələləri üzrə Texniki, Əməliyyat, HSE, Satınalma və digər aidiyyəti bölmələrlə əməkdaşlıq etmək.
  • Fövqəladə hallar, tədbirlər, VIP səfərləri və mövsümi ehtiyaclar zamanı əlavə təmizlik resurslarının və əməliyyat planlarının təşkilini koordinasiya etmək.
  • Təmizlik əməliyyatlarında standartlaşdırma, davamlı təkmilləşdirmə, xərclərin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması üzrə tədbirlər həyata keçirmək.
  • Şirkətə məxsus təmizlik avadanlıqları və digər aktivlərin səmərəli, təhlükəsiz və düzgün istifadəsinə nəzarət etmək.
  • Rəhbərlik tərəfindən verilən digər təmizlik və əməliyyat xarakterli tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil;
  • Təmizlik xidmətləri, əmlak idarəetməsi və ya əlaqəli sahədə ən azı 5 il iş təcrübəsi;
  • Təmizlik xidmətlərinin və komandanın idarə olunması üzrə təcrübə;
  • Təmizlik standartları, SOP-lar, kimyəvi maddələr, təmizləyici materiallar və avadanlıqlar üzrə bilik;
  • Bir neçə layihə üzrə iş proseslərini koordinasiya və xidmət keyfiyyətinə nəzarət etmək bacarığı;
  • MS Office proqramlarından, xüsusilə Excel və Word proqramlarından istifadə bacarığı;
  • Güclü liderlik, təşkilati və vaxtın idarə edilməsi bacarıqları;
  • Analitik düşüncə, detallara diqqət və problemləri operativ həll etmək bacarığı;
  • İşində məsuliyyətli, çevik və təşəbbüskar olmaq;
  • Əməyin mühafizəsi, gigiyena və SƏTƏMM qaydaları barədə məlumatlı olmaq.