Məzmuna keçin
Pilates Life yerləşdirilib

Satış üzrə mütəxəssis (xanım)

Elan yalnız xanımlar üçün nəzərdə tutulub

Maaş
700 – 1 000 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

PilatesLife komandası üçün satış və satınalma sahəsində çalışacaq, eyni zamanda müxtəlif layihələrin idarə olunmasında iştirak edəcək məsuliyyətli və çoxfunksiyalı əməkdaş axtarırıq.

Əgər aktiv, operativ, təşəbbüskar və müasir iş prinsipləri ilə işləməyi sevən birisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Şirkət: PilatesLife

İş qrafiki: 5 gün 10:00 – 18:00

Maaş: sınaq müddəti ərzində 700 AZN fiks + satış faizi, sınaq müddəti bitəndən sonra fiks maaş 1000 Azn artacaq.

CV-lərinizi göndərin:

  • Rəsmi əmək müqaviləsi ilə işə qəbul
  • Stabil və uzunmüddətli iş imkanı
  • Gənc, pozitiv və dəstəkçi kollektiv
  • Rahat və müasir iş mühiti
  • İnkişaf və yeni layihələrdə iştirak imkanı
  • Dinamik və motivasiyaedici iş atmosferi

Öhdəliklər

  • Satış proseslərinin koordinasiyası və idarə olunması
  • Təchizatçılarla danışıqların aparılması və əməkdaşlıqların qurulması
  • Məhsul və xidmətlərin qiymət analizinin aparılması
  • Sifarişlərin hazırlanması və prosesin nəzarətdə saxlanılması
  • Müxtəlif layihə və tədbirlərin təşkilində aktiv iştirak
  • Şirkətin gündəlik əməliyyat proseslərinə dəstək
  • Hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi
  • Komanda ilə koordinasiyalı şəkildə işləmək
  • Ofis proqramlarında sənədlərlə işləmək və məlumat bazalarının idarə olunması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ şəkildə yerinə yetirilməsi

Tələblər

  • Azərbaycan və rus dillərini sərbəst bilmək — mütləqdir
  • Kompüter proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • MS Office proqramlarını yaxşı bilmək
  • Analitik düşüncə və təşkilatçılıq bacarığı
  • Çoxşaxəli iş mühitində işləmək qabiliyyəti
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı
  • Məsuliyyətli, diqqətli və operativ olmaq

Üstünlük hesab olunur

  • İngilis dili biliyi üstünlükdür
  • 1C proqramı üzrə biliklər üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →