İşin təsviri
“Pizza Mizza” MMC-yə “İnsan Resursları üzrə mütəxəssis” tələb olunur.
Vəzifə öhdəlikləri:
- İşilərin gündəlik davamiyyətinə nəzarət etmək və iş vaxtının düzgün uçotunu aparmaq;
- Tabel sənədlərini düzgün və vaxtında formalaşdırmaq;
- Struktur bölmələrdən daxil olan iş qrafikləri və növbətçilik cədvəllərini qəbul etmək və müvafiq sistemə daxil etmək;
- Yeni işə qəbul edilmiş əməkdaşları Clockster və loyallıq proqramlarında qeydiyyatdan keçirmək;
- Yeni işçilərə Clockster proqramı üzrə ilkin təlim keçmək və məlumatlandırmaq;
- İşçilərin məzuniyyət balansını yeniləmək və istifadəsinə nəzarət etmək;
- Clockster və ERP sistemi üzərindən işçilərin vəzifə dəyişikliklərini və rotasiyalarını icra etmək;
- İşdən çıxan əməkdaşların təhvil-təslim proseslərini təşkil etmək;
- Son haqq-hesabların düzgün hesablanmasını və verilməsini təmin etmək;
- Clockster proqramında işçilərin tabelində yaranan uyğunsuzluqları Finger sistemi əsasında bərpa etmək və düzəlişlər etmək
- Şöbələrlə (daha çox maliyyə)sıx əlaqədə olmaq, problemlərin həllində yaxından iştirak etmək;
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;
Tələblər:
- Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;
- Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
- 1C, Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;
- Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.
İş şəraiti:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İş yeri: Babək plaza
- İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri-iş günləri)
- Əməkhaqqı: 800 azn
Maraqlananlar CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı altında hr@pizzamizza.az elektron ünvanına göndərə bilərlər.