İşin təsviri
Daşınmaz əmlakın qiymətləndirilməsi prosesinin həyata keçirilməsi;
Qiymətləndirməyə təqdim edilən əmlak sənədlərinin təhlil olunması və əmlaklara baxışın təşkili;
Daşınmaz əmlak bazarına dair araşdırmaların aparılması və müvafiq analitik hesabatların hazırlanması;
Qiymətləndirmə hesabatlarının, təqdimat materiallarının və digər analitik sənədlərin hazırlanması;
Kənar qiymətləndirmə təşkilatları tərəfindən təqdim olunan hesabatların ekspertizasının həyata keçirilməsi;
Şöbə tərəfindən yerinə yetirilən qiymətləndirmə işlərinin dəqiqliyinin və metodoloji uyğunluğunun yoxlanılması;
Şöbə və departamentin digər fəaliyyət istiqamətlərinə dəstəyin göstərilməsi;
Qiymətləndirmə ilə bağlı daxili proses və prosedurların hazırlanması, mövcud modellərin təkmilləşdirilməsi.
Tələblər
Müvafiq ixtisas üzrə ali təhsil;
Sahə üzrə 3-4 il iş təcrübəsi;
Maliyyə modelləşdirilməsi və hesabatlılıq sahəsində bilik və təcrübə;
Əmlakın qiymətləndirilməsi sahəsində nəzəri və praktiki biliklər;
Dil bilikləri:
- Azərbaycan dili – səlis,
- İngilis dili – yaxşı səviyyədə;
Kompüter bacarıqları:
- MS Office proqramları (xüsusilə Excel – yüksək səviyyədə);
- Statistika və data analizi üçün proqram təminatları (Python);
- Məlumatların vizuallaşdırılması üzrə biliklər (Tableau və s.);
Yüksək təqdimat bacarığı və komandada effektiv işləmək qabiliyyəti;
Güclü analitik düşüncə və problem həll etmə bacarığı.