İşin təsviri

Təsvir

· Aylıq xərc və gəlirlər üzrə hesablama metoduna uyğun müxabirləşmələrin 1C sisteminə daxil edilməsi;

· Kreditor və debitor borcların uçotu, üzləşmə aktlarının hazırlanması;

· Bank əməliyyatlarının işlənməsi;

· Mal-material, əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotu;

· Əsas vəsaitlər üzrə aralıq hesabının təmizlənməsi;

· Tikilməkdə olan layihələr üzrə aralıq hesabının təmizlənməsi;

· Əsas vəsaitlər üzrə 1C sistemində aylıq amortizasiyların verilməsi;

· Əmlak, torpaq, mənfəət vergisi üzrə aylıq hesablamalarn verilməsi;

· Xarici valyutada olan aktivlərin aylıq əsaslarla yenidən qiymətləndirilməsi;

· Aylıq olaraq balans hesabları üzrə qalıqların analiz edilməsi;

· İnventarlaşdırma prosesində iştirak və nəticələrin uçotda düzgün əks etdirilməsini təmin edilməsi;

· Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra edilməsi.

Tələblər

· Müvafiq ixtisas (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat) üzrə ali təhsil;

· Mühasibat uçotu bilikləri;

· Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;

· Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis – yaxşı;

· Kompüter bacarıqları: MS Office proqramları (yüksək səviyyədə Excel bacarığı) ;

· 1C Mühasibatlıq proqramı üzrə biliklərin və təcrübənin olması;

· Yüksək təqdimat və komandada işləmək bacarığı;

· Yüksək analitik düşüncə bacarığı.