İşin təsviri
- Şirkətin strateji məqsədlərinə uyğun təlim və inkişaf proqramlarını hazırlamaq və həyata keçirmək
- Əməkdaşların inkişaf ehtiyaclarını müəyyən etmək üçün Təlim Ehtiyaclarının Analizini (Training Needs Analysis – TNA) aparmaq
- Daxili və xarici təlim proqramlarını planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək
- Təlim materialları, təqdimatlar və inkişaf proqramlarının kontentini hazırlamaq
- Yeni əməkdaşlar üçün adaptasiya və oriyentasiya proqramlarını təşkil etmək və inkişaf etdirmək
- Liderlik, peşəkar bacarıqlar və korporativ kompetensiyalar üzrə inkişaf proqramları hazırlamaq
- Təlimlərin effektivliyini qiymətləndirmək və təlim nəticələri üzrə hesabatlar hazırlamaq
- Menecerlərlə əməkdaşlıq edərək əməkdaşlar üçün fərdi inkişaf planlarının (IDP) hazırlanmasına dəstək vermək
- Şirkətdə rəqəmsal təlim həllərinin (Digital Learning Solutions) tətbiqində iştirak etmək
- LMS (Learning Management System) və digər e-learning platformalarının idarə olunmasına dəstək vermək
- Onlayn təlimlər, mikro-öyrənmə (microlearning), video və interaktiv təlim kontenti hazırlamaq və inkişaf etdirmək
- Hybrid və onlayn təlim proqramlarını təşkil etmək və koordinasiya etmək
- Rəqəmsal öyrənmə trendlərini araşdırmaq və şirkət daxilində tətbiq etmək
Tələblər
- İnsan resursları, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
- Təlim və inkişaf sahəsində minimum 3–5 il iş təcrübəsi
- Təlim ehtiyaclarının analizi (Training Needs Analysis) və təlim proqramlarının hazırlanması üzrə praktiki təcrübə
- Təqdimat və fasilitasiya bacarıqları
- Analitik düşünmə və planlaşdırma bacarığı
- Azərbaycan və İngilis dillərində yaxşı səviyyədə ünsiyyət bacarığı
- MS Office proqramları ilə işləmə bacarığı
Üstünlük veriləcək
- LMS (Learning Management System) və e-learning platformaları ilə iş təcrübəsinə
- Digital learning kontentinin hazırlanması üzrə təcrübəyə (Articulate, iSpring və s.)
- Təlim və inkişaf sahəsində beynəlxalq sertifikatların olmasına